Çinin elmi tədqiqat qrupu xərçəngin patoloji görüntülərini ətraflı oxuya bilən çox yönlü süni intellekt modeli hazırlayıb.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Çinin Hərbi Hava Qüvvələri Tibb Universiteti, Tsinghua Universiteti və süni intellektlə əlaqəli texnologiyalar istehsal edən "SenseTime" şirkətinin tədqiqatçıları ölkədə yerli məlumatlardan təxminən 300 min rəqəmsal patoloji təsvirindən istifadə ediblər.
Tədqiqat çox yönlü süni intellekt modelinin 20-dən çox orqanı analiz edə biləcəyini ifadə edib. Bildirilib ki, bunlara pan-xərçəng təsnifatı, lezyonların tərifi, çoxsaylı xərçəng və biomarkerlərin qiymətləndirilməsi kimi maddələr daxildir.
Qeyd edilib ki, "PathOrchestra" adlı çox yönlü süni intellekt tətbiqi 50-yə yaxın xərçəng hadisəsində 95 faizdən çox dəqiqlik əldə etdiyi qeyd edilib.
Həmçinin bildirilib ki, tətbiq Çinin süni intellekt sahəsində sürətli inkişafının göstəricisidir.
Qadir, Bizimyol.info






