Olimpiada yaxınlaşdıqca idman yarışlarını izləyərkən ağlımıza belə bir sual gəlir: İdmançılar niyə qızıl medalları dişləyirlər?
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, bu, nə qədər sadə bir sual kimi görünsə də, çoxlarını çaşdırır.
Məşhur inancın əksinə olaraq, qızıl dişlədikdə əslində izlər buraxır, buna görə də onun həqiqi olub-olmadığını asanlıqla ayırd etmək olar. Bəs, idmançıların bunu sırf öz “qəqiqi olmasını” yoxlamaq üçün etmələrinin səbəbi?
Olimpiya Oyunları təkcə idmançıların öz istedadlarını nümayiş etdirdiyi platforma ilə məhdudlaşmır. Bu həm də ənənələrin və simvolların bir araya gəldiyi bir arenadır
Və təbii ki, bu ənənələrdən biri də qızıl medalların dişlənməsidir. Əslində bu ənənənin mənşəyi keçmişə gedib çıxır. Əvvəllər insanlar qızılın həqiqi olub-olmadığını müəyyən etmək üçün dişləmə üsulundan istifadə edirdilər.
Qızıl digər metallardan daha yumşaq olduğu üçün dişlədiyiniz zaman dişlərinizin izini görə bilərsiniz. Bu, onun həqiqiliyini ölçmək üçün sadə bir üsul idi. Bu üsuldan bu gün çox istifadə olunmaya bilər, lakin olimpiada kimi təntənəli və simvolik tədbirdə bu ənənə hələ də öz canlılığını qoruyub saxlayır.
Təbii ki, onun simvolik əhəmiyyəti və dəyəri bu ənənənin bir hissəsini tamamlayır
Qızıl medal idmançı üçün ən yüksək nailiyyətdir. Beləliklə, medalı dişləmək şounun bir hissəsidir.
1912-ci il Stokholm Olimpiadasından bəri medallar xalis qızıldan hazırlanmadığı üçün bütün idmançılar sırf bu anı əbədiləşdirmək üçün illərdir bu "klassik" üslubdan istifadə edər foto və ya video görüntülər üçün poza verirlər.
Qadir, Bizimyol.info






