İsti havalarda əvəzolunmaz olan soyuq yemək və içkilərdən istifadə etməyi çox sevirik. Ancaq onu tələskənkillə yedikdən saniyələr sonra başımıza dəhşətli bir ağrı gəlir.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, xüsusilə dondurmanı tez yeyənlərdənsinizsə, nə demək istədiyimizi anlayırsınız.
Bu ağrının miqrendən qaynaqlandığını düşünmək böyük səhv olar. Çünki insanların 70%-i donduqdan sonra ağrı hissi yaşayır.
Sizcə bu qısamüddətli, lakin şiddətli ağrının səbəbi nədir?
Bu qəfil şiddətli ağrının elmi adı qanqlionevralgiyadır ki, bu da beyin donması kimi tanınır
Tibbi ədəbiyyata 1850-ci illərdə daxil olsa da, 1988-ci ildə rəsmi olaraq "soyuq baş ağrısı" kimi tanınıb. Mütəxəssislər bu baş ağrısını ağıza soyuq bir şey qoyduqdan sonra yaranan və bir müddət sonra keçən ağrı kimi təyin edirlər.
Alın nahiyəsində və qulağa yaxın nahiyələrdə güclənən ağrılar kifayət qədər kəskin olur. Oxuyarkən bunu hiss edən varmı?
Gəlin səbəbə...
Ağzımızın divarı damar şəbəkələri, xüsusən də beyni qidalandıran damarlarla doludur. Soyuq yemək yedikdə ağzın daxili temperaturu birdən dəyişdiyi üçün damarlar sürətlə daralır və eyni sürətlə genişlənir.
Soyuqluğu hiss edən bədən beyinə isti qan göndərir və reaksiya verir. Qan axınındakı bu sürətli dəyişiklik özü ilə saniyələrlə davam edən, lakin dözülməz ağrıları da gətirir.
Soyuq mühitlərdə olarkən oxşar ağrıların yaşandığı müəyyən olunur
Araşdırmanın nəticələri arasında miqrenli insanlar bu ağrıya daha çox meylli oluqlarını sübut edib.
Belə bir vəziyyətdə edəcə yimiz hərəkət çox sadədir. Dilinizi damağınıza basaraq ağzınızın hərarətini tarazlaşdırmaq. Bu üsul ağrıları mümkün qədər aradan qaldıracaq.
Qadir, Bizimyol.info






