Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəqəmsal sənədlərin hüquqi qüvvəsinin təmin edilməsi ilə bağlı müvafiq qanunlara edilən dəyişikliklər 3-cü oxunuşda qəbul olunub
Rəqəmsal sənədlərin hüquqi qüvvəsinin təmin edilməsi ilə bağlı müvafiq qanunlara edilən dəyişikliklər 3-cü oxunuşda qəbul olunub

Milli Məclisin plenar iclasında rəqəmsal sənədlərin tətbiqi ilə bağlı qanunvericilik aktlarına dəyişiklik layihələri müzakirəyə çıxarılıb.

Bizimyol.info İRİA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi 3-cü oxunuşda qəbul onunub.

Müvafiq dəyişikliklərə əsasən “mygov” üzərindən təqdim olunan şəxsiyyət vəsiqəsi, nikah, doğum və ölüm haqqında şəhadətnamə məlumatları həmin sənədlərin fiziki daşıyıcısı ilə eyni hüquqi qüvvəyə malik olacaq. Belə ki, vətəndaş dövlət və özəl müəssisələrdə fiziki xidmətlərdən istifadə zamanı, eyni zamanda onlayn platformalarda sənədlərə dair tələb olunan məlumatları mygov tətbiqi vasitəsi ilə QR kodu oxutmaqla qarşı tərəfə təqdim edə biləcək. Xidmət göstərən müəssisə vətəndaşın rəqəmsal sənədlərini “mygov yoxlayıcı” (mygov Checker)  tətbiqi vasitəsi ilə yoxlayaraq qəbul edəcək.

Qanuna dəyişikliklə, eyni zamanda fərdi məlumatların toplanılmasına və işlənilməsinə subyektlərin razılığının alınması və geri çağırılması mərkəzləşdirilmiş qaydada Elektron Hökumət İnformasiya Sistemi üzərindən təmin ediləcək.

Bununla yanaşı, informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi barədə müsbət rəy alınmadan dövlət informasiya ehtiyatları və sistemləri vasitəsilə elektron xidmətlərin göstərilməsinə yol verilməyəcək.

Son xəbərlər
Bütün xəbərlər »