Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bəzi ölkələrdə köhnə avtomobilini təhvil verən vətəndaşa yenisini 20 faiz daha ucuz şərtlərlə təklif edirlər"
"Bəzi ölkələrdə köhnə avtomobilini təhvil verən vətəndaşa yenisini 20 faiz daha ucuz şərtlərlə təklif edirlər"

Qəzalardan sonra yararsız vəziyyətə düşmüş və ya istismar müddəti bitmiş avtomobillərlə bağlı problem təkcə Azərbaycanda deyil, bütün dünyada var. Demək olar ki, bütün dünyada bu problem avtomobillərin utlizasiya prosesi ilə aradan qaldırılır. Azərbaycanda da 5 ildir ki, utlizasiya prosesindən danışılır. Ötən günlərdə Nazirlər Kabinetinin Kənd Təsərrüfatı və Ekologiya şöbəsinin müdiri Lətif Qasımov bildirib ki, Azərbaycanda ekoloji sağlamlığın qorunması məqsədilə köhnə nəqliyyat vasitələrinin utilizasiyası prosesinə başlanılıb. Qeyd edək ki, Bakıda atmosferə atılan zəhərli qazların 75 faizi nəqliyyat vasitələrinin payına düşür. Beləki, il ərzində nəqliyyat vasitələrindən atmosferə atılan karbon oksidlərinin miqdarı 700 min tona yaxındır. Mütəxəssislərin fikrincə, ölkədə hər il 1600-dən çox yol-nəqliyyat hadisəsi baş verir. Bunun nəticəsində, yararsız avtomobillərin sayında artım müşahdiə edilir.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, utilizasiya mürəkkəb bir prosesdir, yəni onun çoxsaylı şərtləri var. Ən əsas məsələ də, bu proses könüllü olmalıdır, stimullaşdırıcı tədbirlər görülməlidir.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Rauf Ağamirzəyev

“Bəzi ölkələrdə köhnə avtomobilləri təhvil verib, yenisini alanda 20 faiz daha ucuz şərtlərlə təklif edirlər”-deyə Rauf Ağamirzəyev bildirib. Ekspertin sözlərinə görə, əsas məsələ yerli istehsalın təşviqi olsa da, Azərbaycanda yerli istehsal hələ yetərli səviyyədə deyil.

“Tanınmış avtomobil brendi “Chevrolet” Özbəkistanla müştərək buraxılır. O da çox güman 2025-ci ildən hələ aktiv olaraq, bazara daxil olacaq. Bu məsələ “2019-2023-cü il yol hərəkəti təhlükəsizliyi üzrə dövlət proqramı”nda var idi. 5 il keçdi, amma heç bir iş görülmədi. Keçən ildən ölkəyə 10 yaşdan yuxarı avtomobil gətirmək olmur. Daxildə də yaşı uyğun utilizasiya üçün hər hansı yığımlar olunur. Yeni qaydalar necə olacaq? İnsanları necə stimullaşdırmaq olar ki, özü öz əli ilə gəlsin təhvil versin və ya köhnə avtomobili yenisi ilə əvəzləsin? Bu məsələdə hər hansı bir stimullaşdırıcı tədbirlər görülməlidir. Bu haqda isə, hələ də bir məlumat yoxdur”-deyə ekspert bildirib.

Qeyd edək ki, utilizasiya qiymətləri bir müddət əvvəl təyin edilib. Belə ki, bu qiymətlər 10-700 manat arasında dəyişir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »