Türkiyə və Ermənistan xarici işlər nazirləri Hakan Fidan və Ararat Mirzoyan arasında telefon danışığı olub.
Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı nazirliyə istinadən məlumat verib.
“İyunun 25-də xarici işlər naziri Hakan Fidan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı aparıb. Tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər”, - deyə Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirib.
Xatırladaq ki, nazirlər bundan əvvəl, bu ilin martında Antalyada keçirilən diplomatik forum çərçivəsində görüşmüşdülər.
Qadir, Bizimyol.info






