Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə XİN: "Ukraynadakı müharibədə nüvə silahından istifadə ehtimalı var"
Türkiyə XİN: "Ukraynadakı müharibədə nüvə silahından istifadə ehtimalı var"

Rusiya-Ukrayna müharibəsi eskalasiya, o cümlədən nüvə silahından istifadə ehtimalı ilə doludur.

"Report"un verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

"Davam edən müharibənin region və bütün dünya üçün bədəli çox yüksəkdir. Daha da ciddisi odur ki, bu risk böyüyə və yayıla bilər. Coğrafi olaraq yayıla bilər. Nüvə silahından istifadənin mümkünlüyü məsələsi gündəmə gələ bilər”, – türkiyəli nazir bildirib.

Onun sözlərinə görə, iyunun 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı ona Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın müharibənin həlli ilə bağlı ismarışını çatdırıb.

Son xəbərlər
Bütün xəbərlər »