Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident və məmurların adınlar saxta videomüraciət yayanlar həbs olunub
Prezident və məmurların adınlar saxta videomüraciət yayanlar həbs olunub

Azərbaycan Prezidentinin, müxtəlif məmurların adından saxta videomüraciətlər hazırlamaqda, yalan elanlar yayıb, vətəndaşların pullarını ələ keçirməkdə ittihan olunan şəxslər həbs edilib. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsində bu faktlarla bağlı Cinayət Məcəlləsinin 272.2.1, 272.2.2 (Mütəşəkkil dəstə tərəfindən təkrar olaraq kompüter məlumatlarını qanunsuz ələ keçirmə), 273-2-ci (Kompüter məlumatlarının saxtalaşdırılması) və 178.3.1 (Mütəşəkkil dəstə tərəfindən dələduzluq) maddələrilə cinayət işi başlanıb. Bu barədə DTX-nın mətbuat xidməti məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, kibercinayət yolu ilə Prezidentin, digər dövlət və ictimai xadimlərin adından süni intellekt proqramları - “deepfake” texnologiyaları vasitəsilə saxta videomüraciətlər hazırlanıb. Bu yolla həmçinin müxtəlif sosial şəbəkələrdə Dövlət Neft Şirkəti (“SOCAR”), “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən iri məbləğlərdə qazanc vədi verən saxta elanlar yaymaqla, vətəndaşların pulları ələ keçirilib.

DTX-da aparılan araşdırmalar nəticəsində kibercinayətlərin törədildiyi ölkələr müəyyən edilib. Həmin dövlətlərin aidiyyəti orqanları ilə əməkdaşlıq çərçivəsində beynəlxalq kibercinayətkar şəbəkə ifşa olunub və bu cinayət əməllərinin qarşısı alınıb.

Müəyyənləşdirilib ki, kibercinayətkarların yaratdıqları saytlar vasitəsilə internetin Azərbaycan seqmentinin istifadəçilərinə çoxsaylı saxta elanlar təqdim edilib. Həmin elanlarda vətəndaşlar müxtəlif investisiya layihələrinə pul yatırmağa dəvət edilib. Görüntü yaradılıb ki, köçürülmüş vəsaitlər müntəzəm olaraq əhəmiyyətli dərəcədə artır. Vəd edilmiş qazancın zərərçəkmişlərin bank kartlarına köçürülməsi adı altında, kibercinayət yolu ilə kart məlumatları əldə olunub və həmin kartlardakı pullar ələ keçirilib.

Azərbaycanın və başqa ölkələrin vətəndaşlarının külli miqdarda pulunu bu yollarla ələ keçirmiş beynəlxalq kibercinayətkar qruplaşmanın üzvləri Ukraynada yerli hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Transmilli mütəşəkkil dəstənin cinayət əməllərinin törədilməsində iştirak etmiş Azərbaycan vətəndaşları da cinayət məsuliyyətinə cəlb olunub. Bunlar 1998-ci il təvəllüdlü Zöhrabov Rafiq Mahir oğlu və 1979-cu il təvəllüdlü Niftalıyev Sərdar Əlixan oğludur. Onlar Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilərək, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə araşdırmalar və beynəlxalq hüquqi əməkdaşlıqdan irəli gələn cinayət-prosessual tədbirlər davam etdirilir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »