Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstan Türkiyədən NATO standartlarına uyğun zirehli texnika alıb
Gürcüstan Türkiyədən NATO standartlarına uyğun zirehli texnika alıb

Gürcüstanın Müdafiə Nazirliyi Türkiyədən NATO standartlarına uyğun hazırlanmış "VURAN" zirehli maşınlarının partiyasını alıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, minadan qorunan maşınlar Türkiyə tərəfi ilə bağlanmış müqavilə əsasında Gürcüstana verilib. Avadanlıqların təhvil verilməsi mərasimi Gürcüstandakı Vaziani hərbi bazasında baş tutub. Nazirlik qeyd edir ki, "VURAN" zirehli texnikası NATO standartlarına uyğun təchiz edilib və ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə, eləcə də Gürcüstan və Türkiyə arasında əlaqələrin dərinləşməsinə mühüm töhfə verəcək.

2022-ci ildə Gürcüstan Müdafiə Nazirliyi Türkiyənin hərbi texnika istehsal edən "ASFAT" şirkəti ilə müqavilə bağlayıb və bu müqaviləyə əsasən ölkə bütün zirehli texnikalar şirkət vasitəsi ilə alacaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »