Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Onun böyük ürəyi"... Araşdırma: "Ata olmaq kişilərin ürək sağlamlığına pis təsir edir"
"Onun böyük ürəyi"... Araşdırma: "Ata olmaq kişilərin ürək sağlamlığına pis təsir edir"

Yeni bir araşdırma ataların ürək sağlamlığının ata olmayanlara nisbətən daha pis olduğunu sübut edir. Valideyn olmağın stresi və məsuliyyətləri kişilərin sağlamlığına mənfi təsir göstərir.

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, ABŞ-da aparılan araşdırma ata olmağın kişilərin sağlamlığına necə təsir etdiyi ilə bağlı maraqlı nəticələr ortaya çıxarıb. Nəticələr göstərdi ki, ataların ürək sağlamlıqları ata olmayanlara nisbətən sonrakı yaşlarda daha pis olur.

Tədqiqatda Şimal-Qərb Universitetindən Con Parkerin rəhbərlik etdiyi qrup 45-84 yaş arası 2814 kişi iştirakçının 18 illik məlumatlarını araşdırıb.

Valideyn olmanın stresi və məsuliyyətləri ürək sağlamlığına mənfi təsir göstərir

Kişilərin atalıq yaşına, etnik mənsubiyyətinə görə fərqlər olsa da, nəticələr göstərdi ki, valideyn olmağın stresi və məsuliyyətləri ürək sağlamlığını qorumağı çətinləşdirir. Mütəxəssislər, bunun qarşısını almaq üçün atalara icmalar və səhiyyə işçiləri tərəfindən daha yaxşı dəstək verilə biləcəyini bildirirlər.

Parker araşdırmanın nəticələri ilə bağlı: "Ürək sağlamlığında aşkar etdiyimiz dəyişikliklər göstərir ki, uşağa qulluğun əlavə məsuliyyətləri və atalığa keçidin stressi kişilərin sağlam qidalanma, idman kimi şeyləri ehtiva edən sağlam həyat tərzini davam etdirməsini çətinləşdirə bilər", - deyə qeyd edib.

Araşdırmada iştirak edən elm adamları, ana və uşaqların sağlamlığının diqqət mərkəzində olduğunu, atalara isə çox fikir verilmədiyini bildirib. O, hər kəsin sağlamlığının nəzərə alınmasının vacibliyini vurğulayıb.

Gənc yaşda ata olanların vəziyyəti daha acınacaqlıdır

Araşdırmada qidalanmadan siqaret çəkmə vərdişlərinə, bədən kütlə indeksindən qan təzyiqinə, pis  vərdişlərindən xolesterola qədər bir çox faktor nəzərə alınıb. Nəticələr göstərdi ki, ataların ürək sağlamlığı ümumiyyətlə ata olmayanlara nisbətən daha pisdir. Əslində bəzi yaş qruplarında vəziyyət daha qorxulu olduğu məlum olub.

Müvafiq olaraq, 25 yaşında və ya daha tez ata olan insanlarda ürək sağlamlığı digərlərinə nisbətən daha pis olduğu bildirilir. Bu insanlarda ölüm nisbətinin yüksək olduğu da qeyd edilib. Tədqiqatçıların fikrincə, gənc atalarda görülən bu vəziyyət maddi vəziyyətin zəif olması və ya işdən vaxt ayırmaqda çətinlik çəkmək kimi bir çox faktorla bağlı ola bilər.

Əlbəttə ki, bu araşdırma ata olmağın ürək sağlamlığının daha pis olması demək deyil. Maliyyə vəziyyəti, yaşadığı ölkə və bir çox digər amillər bu vəziyyətə təsir edə bilər, həçinin müxtəlif iştirakçılarda fərqli nəticələr müşahidə edilə bilər.

Ancaq bütün dünyada valideyn olmağın böyük məsuliyyət olduğunu nəzərə alsaq, bu, ataların sağlamlığına diqqət yetirilməli olduğunun göstəricisidir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »