ABŞ-ın Oreqon ştatında dalğalar nadir görünən nəhəng günəş balığını sahilə çıxarıb.
Bizimyol.info "trthaberə istinadən xəbər verir ki, mütəxəssislər sahildə tapılan bu heyvanı növün qeydə alınmış ən böyük nümunəsi ola biləcəyini düşünürlər.
Cənub yarımkürəsində yalnız mülayim sularda yaşadığı düşünülən "Mola tecta" adlı günəş balığı növünün son illərdə ABŞ sahillərində çıxması bu nəzəriyyəni şübhə altına alır.
2019-cu ildə Kaliforniya sahillərində də rast gəlinən balıq, təxminən 130 ildə ilk dəfə Şimal yarımkürəsində görülüb. Daha sonra bir neçə belə hadisə baş versə də, ekspertlər heyvanın "Mola mola" adlı daha geniş yayılmış günəş balığı növü ilə qarışmış ola biləcəyini və əslində bu yarımkürədə daha tez-tez görüldüyünü deyirlər.
Dənizkənarı Akvarium iki gün əvvəl elan etdi ki, iyunun 3-də Oreqon ştatının Gearhart çimərliyində 2.2 metr uzunluğunda günəş balığı çıxıb. Camaat bu nəhəng heyvanı görmək üçün sahilə axışarkən, Yeni Zelandiyadan olan dəniz bioloqu Mariann Nyegaard akvariumla əlaqə saxlayıb.
"Mola tecta" növünü ilk dəfə 2017-ci ildə təsvir edən Nyegaard, Oreqondakı balıqların şəkillərini və toxuma nümunələrini istəyib. O, apardığı müayinələr nəticəsində heyvanın bu növə aid olduğunu təsdiqləyib. Nyegaard, balığın indiyə qədər nümunə götürülmüş ən böyük "Mola tekta"sı ola biləcəyini düşünür.
Akvarium, çöpçülərin balığın sərt dərisinə nüfuz etməsinin çətin olduğu üçün hələ də sahildə olan heyvanın bir neçə həftə daha orada qala biləcəyini bildirib.
Qadir, Bizimyol.info






