Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Oxumaq, oxumaq, oxumaq, oxumaq"... Bill Qeytsin tövsiyəsi: Bu yay oxumalı olduğunuz 4 kitab
"Oxumaq, oxumaq, oxumaq, oxumaq"... Bill Qeytsin tövsiyəsi: Bu yay oxumalı olduğunuz 4 kitab

"Microsoft"un həmtəsisçisi Bill Qeyts bu il oxumaq istəyə biləcəyiniz 4 kitabı tövsiyə edib. Qeytsin seriallara baxmaq istəyənlərə də məsləhətləri var.

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, "Microsoft"un qurucu ortaqlarından biri olan milyarder iş adamı Bill Qeyts rəsmi "Linkedln" hesabında diqqətçəkən paylaşım edib. Bu yazıda Qeyts oxuya və ya baxa biləcəyiniz 5 əsəri paylaşıb.

Əgər siz hazırda yeni kitaba və ya yeni seriyaya başlamaq fikrindəsinizsə, Bill Qeytsin tövsiyə etdiyi əsərlərə nəzər sala bilərsiniz. İstəyirsinizsə, çox uzatmadan Qeytsin yeni tövsiyələrinə daha yaxından nəzər salaq.

Bill Qeytsin tövsiyə etdiyi 5 əsər:

"The Women" - Kristin Hannah

Kristin Hannanın yazdığı "Qadınlar" (The Women) kitabı ABŞ ordusunda işləyən tibb bacısının hekayəsindən bəhs edir.

"Infectious Generosity" - Chris Anderson

TED Talks-un direktorlarından biri olan Kris Andersonun yazdığı bu kitab - "Infectious Generosity"(Yoluxucu Səxavət), Bill Qeytsin fikrincə, daha ədalətli bir dünya yaratmaq istəyən, lakin haradan başlayacağını bilməyənlər üçün mütləq oxunmalıdır.

"Slow Horses"

İlk sezonu 2022-ci ildə çıxan "Slow Horses"(Yavaş atlar), "Apple TV+"-da ən populyar istehsallardan biridir. Bill Qeytsin fikrincə, Mik Herronun "Slow Horses" romanı əsasında çəkilən serial mürəkkəb xarakterlərə və süjetə baxmayaraq, baxılmağa layiqdir.

"Brave New Words" - Sal Xan

Dünyanın ən məşhur təhsil platformalarından biri olan Khan Academy-nin yaradıcısı Sal Khanın yazdığı "Brave New Words" (Cəsur Yeni Sözlər) romanı süni intellektin təhsildə faydalarını izah edir.

"How to Know a Person" - David Brooks

Fərdi inkişaf kitabı kimi tanınan "How to Know a Person" (İnsanı necə tanımalı) nitq və sosial bacarıqların sonradan öyrənilə biləcəyini vurğulayır və daha yaxşı ünsiyyət üçün müxtəlif tövsiyələr verir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »