Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
80+ gündə dövr-i aləm... Səyahətçilər üçün dünyanın ən uzun "gəzinti" marşrutu hansıdır?
80+ gündə dövr-i aləm... Səyahətçilər üçün dünyanın ən uzun "gəzinti" marşrutu hansıdır?

Qatar, avtomobil, bərə və ya gəmi kimi heç bir vasitədən istifadə etmədən günlərlə dünyanın ən uzun marşrutunu getməyə hazırsınızmı? Bəs bu marşrut harada başlayır və harada bitir və neçə gün çəkir?

Bizimyol.info xəbər verir ki, bu barədə "webtekno" məlumat dərc edib.

Sıra dağlar, uzun çaylar, kimsəsiz səhralar və zaman-zaman rastlaşacağınız vəhşi heyvanlar... Həm qorxulu, həm də adrenalinlə dolu səslənir, elə deyilmi? Dünyada piyada getmək mümkün hesab edilən ən uzun məsafəyə ətraflı nəzər salaq.

Dünyada piyada gedə biləcəyiniz ən uzun məsafə Cənubi Afrikanın Keyptaun şəhəri ilə Rusiyanın Maqadan şəhəri arasındadır.

Bu iki şəhər arasındakı məsafə təqribən 22.387 kilometrdir və bu səyahətə çıxan 17 ölkədən keçməlidir. Gündə 8 saat piyada getməyin mümkün olduğunu fərz etsək, bu məsafəni tamamlamaq üçün orta hesabla 587 gün lazım olacaq.

22.387 km-lik marşrut Cənubi Afrikanın Keyptaundan başlayır və Afrika sahillərindən Misirə qədər uzanır.

Daha sonra Misirdən Süveyş kanalını keçərək Kiçik Asiyaya, Türkiyəyə, Qafqaz dağlarına, Orta Asiyaya, Sibirə və nəhayət Rusiyanın Maqadan şəhərinə doğru davam edir.

Təbii ki, bu uzun marşrutla getməyin müxtəlif çətinlikləri var

Dırmanmaq üçün müxtəlif dağlar, keçmək üçün səhralar və çaylar var. Ancaq bu səyahət zamanı qarşılaşacağınız mənzərə və dünyanı gəzmək təcrübəsi həqiqətən unikaldır.

Bundan əlavə, bu marşrut ilk dəfə 2019-cu ildə "cbz3000" adlı "Reddit" istifadəçisi tərəfindən tövsiyə edilib. Bu trekin təxmini dəyəri 20.000 dollar olaraq qiymətləndirilir və bu səyahət əhəmiyyətli fitness və dözüm tələb edir.

Bu səbəbdən bu marşrutu hələ heç kim tamamlamayıb. Eyni zamanda, keçmək üçün təhlükəli ərazilər böyük cəsarət tələb edir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »