Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
75 ukraynalı əsirlikdən qaytarılıb - Video
75 ukraynalı əsirlikdən qaytarılıb - Video

Daha 75 ukraynalı rus əsirliyindən azad edilib. Vətəndaşların geri qaytarılması prosesinin eksklüziv görüntüləri ortaya çıxıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat verərək bildirib ki, ukraynalıların növbəti dəfə əsirlikdən azad edilməsi Koordinasiya Qərargahının hərbi əsirlərlə rəftarla bağlı qərarını yerinə yetirən Əsirlərin Axtarışı və Azad Edilməsi üzrə Birgə Koordinasiya Mərkəzinin işinin nəticəsidir.

"Hər bir ukraynalının həyatı ən yüksək dəyərdir. Biz Ukrayna Prezidentinin göstərişlərini yerinə yetirmək və hər bir ukraynalının əsirlikdən qayıtması üçün çalışırıq", - deyə məlumatda qeyd edilib.

Cümə günü, mayın 31-də Ukrayna Rusiya əsirliyindən 75 vətəndaşını geri qaytarıb. Dövlət başçısı Vladimir Zelenskinin sözlərinə görə, əsirlikdə olan hərbçilər, Milli Qvardiyanın üzvləri və sərhədçilərin bir qurupu  vətənə qayıdıblar. Əsirlikdən xilas edilənlərin 4-ü mülki şəxsdir.

Xatırladaq ki, Ukrayna mətbuatı daha əvvəl bildirmişdi ki, hazırda Rusiya əsirliyində 403 ukraynalı qadın var, onların çoxu qeyri-qanuni həbs edilən mülki şəxslərdir.

Hüquq müdafiəçilərinin məlumatına görə, mart ayına kimi Rusiya ən azı 7 min ukraynalı mülki vətəndaşı zorla həbs edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »