Tailand Çinlə öz Hərbi Dəniz Qüvvələri üçün Çin istehsalı olan "S26T Yuan" sualtı qayığını almağa razılaşıb.
Bizimyol.info xəbər verir ki, bu barədə "Thai PBS" məlumat yayıb.
Tailand Hərbi Dəniz Qüvvələrinin rəisi admiral Adung Phan-iam, müqavilənin Nazirlər Kabinetinin yekun təsdiqini gözlədiyini söyləyib. Onun sözlərinə görə, sualtı qayıq 3 ildən sonra təhvil veriləcək və bu, "S26T Yuan" müasir silahlarla təchiz olunacağından Hərbi Dəniz Qüvvələrinin döyüş qabiliyyətinin yaxşılaşdırılmasına kömək edəcək. Phan-iam qeyd edib ki, gələcəkdə Tayland Çindən daha bir və ya iki belə sualtı qayıq ala bilər.
Tayland Nazirlər Kabineti 2017-ci ilin aprelində "S26T Yuan" sualtı qayığının alınmasını təsdiqləyib. O vaxtdan bəri Çin gəmiqayırma şirkəti "CSOC" sualtı qayığın Almaniya istehsalı olan dizel mühərriki ilə təchiz edilməsi müqaviləsini Almaniyanın Çinə satmaqdan imtina etməsi səbəbindən yerinə yetirə bilmədiyi üçün sövdələşmə bir neçə dəfə təxirə salınıb. Pekin bunun əvəzinə sualtı qayığı Çin istehsalı olan mühərriklə təchiz etməyi təklif edib, bu isə Tailand Hərbi Dəniz Qüvvələri tərəfindən təsdiqlənməyib.
"Thai PBS"nin qeyd etdiyi kimi, Tayland Hərbi Dəniz Qüvvələri nəhayət gəmini Almaniya istehsalı olan mühərriklə təchiz etmək şərtindən imtina edib və Çin "CHD620" dizel mühərrikinə üstünlük verib.
Qadir, Bizimyol.info






