Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünən yediyini xatırlamayanlar və ən incə detala qədər xatırlayanlar... Aralarında necə bir fərq var?
Dünən yediyini xatırlamayanlar və ən incə detala qədər xatırlayanlar... Aralarında necə bir fərq var?

Bəzilərimiz dünən yediklərimizi belə xatırlamaqda çətinlik çəkərkən, bəzilərimiz çantanın rəngindən tutmuş bir neçə il əvvəl gördüyümüz birinin ayaqqabı modelinə qədər hər şeyi xatırlayırıq.

  • Hadisələri və insanlar haqqında təfərrüatları aydın xatırlayan insanlarla yadda saxlamayanlar arasında nə fərq var?
  • Bu insanların üstün istedadları var və bizim onlardan xəbərimiz yoxdur?

Bizimyol.info xəbər verir ki, "webtekno"nun dəc etdiyi yazıda bəzi insanların niyə digərlərindən daha yaxşı xatirələrə sahib olduğu araşdırılıb.

Uzunmüddətli yaddaşın yaradılmasında ilk addım informasiyanın kodlaşdırılmasıdır

Bu kodlaşdırma prosesi sensor məlumatı qəbul etməyi və beyində saxlanıla biləcək şəkildə təşkil etməyi əhatə edir. Kodlaşdırma zamanı daha çox təfərrüatı mənimsəyən insanlar daha güclü yaddaşlar formalaşdıracaqlar.

Məsələn, küçənin ortasında təsadüfi bir evə baxanda binanın rənginə və eyvanındakı gül dibçəklərinə diqqət yetirmək olar. Ancaq başqası binadakı pəncərələrin sayına və qablarda hansı bitkilərin olduğuna diqqət yetirə bilər.

Başqa sözlə desək, daha çox təfərrüatları xatırlayan şəxs qısa müddətdə daha çox detalı xatırlaya bilər.

Bu məqamda diqqət mühüm rol oynayır

Beynin frontal lobu diqqətin saxlanmasına kömək edir. Bu hissə yaddaşın bərpasında da təsirlidir. Buna görə də, təfərrüatlara nə qədər çox diqqət yetirirsinizsə, onları bir o qədər effektiv şəkildə kodlaşdırırsınız və sonradan xatırlama ehtimalını artırırsınız.

Digər tərəfdən, beynin emosional proseslərdən məsul bölgəsi olan amigdala yaddaşın formalaşma mərkəzi olan hipokampusun yanında yerləşir. Beləliklə, müəyyən xatirələri emosional təcrübə ilə əlaqələndirərək xatırlama sürətinizi artıra bilərsiniz.

Üstəlik, bəzi tədqiqatçılar qadınların emosional təcrübələrə daha yüksək həssaslıqlarına görə xatirələri saxlamaqda kişilərdən daha yaxşı olduğunu irəli sürürlər.

Bundan əlavə, insan beyni öyrədilə bilən orqandır

Beynin öyrənmək, unutmaq və xatırlamaq qabiliyyətinə aid olan neyrooplastikliyə malikdir. Bu, təkrar təcrübə ilə zamanla gücləndirilə bilən yeni və unikal neyron əlaqələrin formalaşmasına imkan verir.

Bu səbəbdən insan məlumatı tez-tez təkrarlayaraq və beynin bu məlumatı daha səmərəli şəkildə təşkil etməsinə kömək edən üsullardan istifadə edərək yaddaşını hər zaman inkişaf etdirə bilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »