Süni intellektin hər sahədə, xüsusən də şirkətlər tərəfindən tətbiq olunmağa çalışıldığını görürük. Bu kontekstdə heç gözləmədiyimiz şirkətlərdən köməkçilər, alətlər və fərqli xidmətlərlə qarşılaşırıq. Amma vəziyyət təkcə şirkətlərlə məhdudlaşmır. Özlərini süni intellekt yarışında görən ölkələrin də bu sahədə araşdırmalar apardığını görürük.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, bunlardan sonuncusu və ən diqqət çəkəni Ukraynanın yeni xarici işlər sözçüsü Viktoriya Şi olub.
Süni intellektlə yaradılmış Viktoriya Şi ölkənin Xarici İşlər Nazirliyi adından açıqlamalar verəcək. Ancaq Viktoriyanın edəcəyi elanlar tamamilə insanlar tərəfindən yazılacaq.
Tarixdə bir ilk...
Viktoriya danışarkən başını və əllərini olduqca təbii hərəkət etdirməsi ilə diqqət çəkib. Ukrayna Xarici İşlər Nazirliyi bildirir ki, Viktoriyanın oxuduğu bəyannamələr süni intellekt tərəfindən yaradılmayıb, hamısı insan əli ilə yazılıb və insanlar tərəfindən yoxlanılıb.
Viktoriyanın görünüşü ukraynalı müğənni və təsirli Rozali Nombredən ilhamlanıb. Onun da bu layihədə rolu olub. Layihə komandası səsini və üzünü rəqəmsallaşdırmaq üçün Nombrenin çoxsaylı fotoşəkillərini çəkib. Nombre layihədə əməkdaşlıq etmədən, yəni heç bir qanarar almadan iştirak edib.
Nazirlik, həmçinin rəqəmsal şəxsiyyətdən istifadənin həm vaxta, həm də resurslara böyük qənaət edəcəyini bildirib. Bundan əlavə, o, Şi və Nombre arasında çaşqınlığın qarşısını almaq üçün yalnız rəqəmsalın rəsmi elanlar verə biləcəyini vurğulayıb. Saxta elanların qarşısını almaq üçün QR kodlar sizi yazılı olanlara yönləndirəcək.
Qadir, Bizimyol.info






