Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan üçün "yeni" sayılan kriptovalyuta ilə bağlı müxtəlif layihələrin icrası üzrə dəstək göstərəcəyik"
"Azərbaycan üçün "yeni" sayılan kriptovalyuta ilə bağlı müxtəlif layihələrin icrası üzrə dəstək göstərəcəyik"

Mastercard şirkətin Türkiyə və Azərbaycan üzrə baş meneceri Avşar Gürdal, Türkiyə və Azərbaycan üzrə Konsultant vitse-prezidenti Mehmet Gülez və Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalovun iştirakı ilə “JW Marriott” otelində ilin yekunlarına həsr edilən illik mətbuat konfransı keçirib.

Mətbuat konfransında Mastercard ödəniş texnologiyaları və maliyyə xidmətləri sahəsində mühüm aspektləri və yenilikləri müzakirə edib, Azərbaycanda maliyyə xidmətlərinin daha əlçatan olmasını təmin edəcək innovativ layihə və proqramları təqdim edib. Həmçinin, şirkətin müştəri məlumatlarının qorunması, onlayn və oflayn sferalarda saxtakarlığın qarşısının alınması məqsədilə həyata keçirdiyi təhlükəsizlik tədbirləri ilə bağlı məsələlərə toxunulub.

Mastercard-ın Azərbaycandakı nümayəndəsi Emil Zeynalov Bizimyol.info xəbər portalının "Mastercard-ın Azərbaycanda xidmətlərinə süni intellektin inteqrasiyası və kriptovalyuta ilə bağlı layihələrə hazırlıq planı varmı?" sualına cavab olaraq bildirib ki, hər iki istiqamətdə müəyyən addımların atılması düşünülür.

Mastercard-ın Azərbaycandakı nümayəndəsi Emil Zeynalov Mastercard-ın Azərbaycandakı nümayəndəsi Emil Zeynalov

“Biz bununla bağlı “Sandbox” konseptini təqdim edəcəyik. “Sandbox” konseptini banklar bu sahəyə maraq göstərən müştərilərə təklif edəcəklər. Əgər layihə təsdiq olunarsa, biz “Mastercard”-la kriptovalyuta sahəsind də dəstək olmağa hazırıq.

Qeyd edək ki, “Sandbox” təhlükəsizliyi tətbiq və ya əməliyyat sistemlərinin izolyasiya edilmiş bir mühitdə işləməsinə imkan verən bir təhlükəsizlik konseptidir. Bu konsept zərərli və ya təhlükəli proqramların və ya faylların digər sistem resurslarına zərər vermədən çalışmasına imkan verir.

Çıxışçılar həmçinin Azərbaycanda Mastercard ödəniş texnologiyalarının tətbiqi ilə elektron ticarətin hazırkı vəziyyəti və inkişaf perspektivlərini, həmçinin Azərbaycan bazarında gələcək inkişaf planlarını və qarşıdakı illərdə strateji fəaliyyət istiqamətlərini müzakirə ediblər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »