Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Cənubi Qafqazda Azərbaycana qarşı Rusiyanın sərgilədiyi ədalətli mövqeyi Qərb də göstərməlidir"
"Cənubi Qafqazda Azərbaycana qarşı Rusiyanın sərgilədiyi ədalətli mövqeyi Qərb də göstərməlidir"

“Ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir”. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, Azərbaycanın Qarabağ regionunda erməni sakinlərinin reinteqrasiyası planını dəstəkləyir.

Milli Məclisin deputatı Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında münasibıətlərin normallaşması prosesində Rusiya son vaxtlar ədalətli mövqe sərgiləyir. Belə ki, Rusiya XİN sözçüsü Mariya Zaxarovanın “ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir” deməsi də Azərbaycanın yaratdığı yeni reallğın qəbul olunması deməkdir.

Azər Badamov Azər Badamov

Deputat hesab edir ki, Ermənistan reinteqrasiya prosesini arzulayırsa, bu proses könüllü və qarşlıqlı şəkildə baş tutmalıdır. Belə ki, 80-ci illərin sonunda öz dogma yurdlarında yaşayan 300 mindən çox azərbaycanlı Ermənistandan güc yolu ilə deportasiya olunmuşdu. Bu səbəbdən 35 il qaçqınlıq həyatını yaşayan soydaşlarımızın da öz ata yurdlarına qayıtmaq hüquqları var.

“Rusiya soydaşlarımızın bu hüquqlarını tanıyır. Bu, həm də Qərb tərəfindən də qəbul olunmalıdır. Biz, Qərbi Azərbaycana sülh yolu ilə qayıdacağıq. Dövlət siyasətimiz də müharibə deyil, sülh yolu ilə reinteqrasiya olunmaq və qonşuluq münasibətləri yaradılaraq əməkdaşlıq etmək üzərində qurulmuşdur. Bu baxımdan Qərbin də mövcud reallığı qəbul etməkdən başqa yolu yoxdur”-deyə deputat əlavə edib.

Azər Badamov bildirib ki, bu gün dünyada kifayət qədər müharibələr davam edir. Qlobal cəmiyyət müharibələrdən artıq yorulub. Ona görə də dünya birliyinin bütün addımları dünyanın hər bir yerində, o cümlədən Cənubi Qafqaza sülhün və əməkdaşlığın bərpasına xidmət etməlidir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »