Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tokioda 10 milyon yen dəyərində təmiz qızıldan hazırlanmış çay qabı oğurlanıb
Tokioda 10 milyon yen dəyərində təmiz qızıldan hazırlanmış çay qabı oğurlanıb

Yaponiyanın paytaxtı Tokioda təxminən 10 milyon yen (65 min dollar) dəyərində xalis qızıldan hazırlanmış çay qabının oğurlandığı bildirilir.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, "NHK" dövlət televiziyasının verdiyi məlumata görə, Tokionun Nihombaşı rayonunda yerləşən məşhur Takashimaya ticarət mərkəzində oğurluq hadisəsi baş verib.

Binanın 8-ci mərtəbəsində promo məhsulların nümayiş olunduğu vitrindən 10 milyon yen dəyərində təmiz qızıldan hazırlanmış çay qabı oğurlanıb.

Təhlükəsizlik kamerasının görüntülərindən müəyyən edilib ki, 20-30 yaşlarında olan şəxs əvvəlcədən kilidlənməmiş vitrindən qabı götürərək bel çantasına qoyub.

Xəbərdən sonra hadisə yerinə sövq edilən polis qrupları şübhəlinin günəş eynəyi, boz köynək və qara şalvarda olduğunu müəyyən edib. Promo məhsullar üçün keçirilən tədbirdə mühafizəçilər olsa da, hadisədən sonra ilk 20 dəqiqə ərzində oğurluğun üzə çıxarılmasının mümkün olmadığı bildirilib.

Şübhəlinin axtarışları davam edir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »