Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranlı jurnalist evinin qarşısında bıçaqlanıb
İranlı jurnalist evinin qarşısında bıçaqlanıb

Londonda yerləşən İran Beynəlxalq kanalında çalışan jurnalist Pouria Zeraati evinin qarşısında dəfələrlə bıçaqlanıb. Zeraatinin xəstəxanaya yerləşdirildiyi, vəziyyətinin stabil olduğu açıqlanıb.

Bizimyol.info xəbər verir ki, İngiltərənin paytaxtı Londonda İran Beynəlxalq kanalında çalışan jurnalist Pouria Zeraati hücuma məruz qalıb. Kanalın verdiyi açıqlamada Zeraatinin evinin qarşısında dəfələrlə bıçaqlandığı qeyd edilib. Zeraatinin xəstəxanaya yerləşdirildiyi, vəziyyətinin stabil olduğu açıqlanıb.

Bildirilib ki, 2022-ci ildə İranda hökumət əleyhinə nümayişləri geniş şəkildə tənqid edən “İran İnternational”da çalışan 36 yaşlı Zeraatinin bıçaqlanması ilə bağlı istintaq antiterror qrupları tərəfindən aparılıb.

London Metropoliten Polisinin Terrorla Mübarizə Şöbəsinin direktoru Dominik Merfi hücumun müxtəlif səbəblərdən törədilə biləcəyini ifadə edərək, hər ehtimalı dəyərləndirdiklərini əlavə edib. Mörfi qeyd edib ki, ərazidə polis əməkdaşlarının sayı artırılıb.

2022-ci ilin noyabrında "Iran International"da çalışan iki jurnalistə polis tərəfindən diqqətli olmaları barədə xəbərdarlıq edilib. Bu arada İranın kəşfiyyat naziri İsmayıl Xatip telekanalın İran tərəfindən terror təşkilatı kimi qiymətləndirildiyini açıqlayıb.

İran Beynəlxalq kanalı 2023-cü ilin fevralında Londondakı fəaliyyətini müvəqqəti olaraq dayandırıb və fəaliyyətini Vaşinqtondan həyata keçirib. Fars dilində yayımlanan kanal ötən ilin sentyabrından yenidən Londonda fəaliyyətə başlayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »