Yaponiyanın cənub-qərbində, Xirosimada itkin düşən və kimyəvi maddələrlə dolu çənə düşməkdə şübhəli bilinən pişiklə bağlı ictimaiyyətə xəbərdarlıq edilib. "Əgər anormal görünən pişik tapsanız, ona toxunmayın", - xəbərdarlıqda deyilir.
Bizimyol.info xəbər vetir ki, milli mətbuatda yer alan xəbərə görə, Xirosima əyalətinin Fukuyama bölgəsində gecənin qaranlığında yoxa çıxan pişiyə yerli əhaliyə “yaxınlaşmamaq” xəbərdarlığı edilib.
Həftə sonu yoxa çıxan və sonuncu dəfə üzlük fabrikinin təhlükəsizlik kameralarında görünən pişiyin fabrikin qarşısında ayaq izləri qoyaraq sürətlə qaçdığı görülüb. Burada işləyən fəhlə müəyyən edib ki, pişiyin "qırmızı-sarı" pəncə izləri fabrikdəki "altı valentli xrom" (Xrom-6) ilə doldurulmuş 3 metr dərinlikdəki çəlləyə qədər gedib çıxır.
"Nomura Mekki Fukuyama" örtük fabrikinin meneceri Kobayashi Akihiro verdiyi açıqlamada kimyəvi çəlləyin üzərini örtən təbəqənin qismən yırtıldığının aşkar edildiyini bildirib.
Bareldəki kimyəvi maddə “toxunduqda və ya tənəffüs yolu ilə bədənə daxil olduqda səpgi, iltihab və xərçəngə səbəb ola bilən” xəstəliklərə səbəb olduğu bildirilib.
Fukuyama Bələdiyyəsi açıqlamasında "kimyəvi çəlləyə düşərək şəhərdə dolaşmaqda" şübhəli bilinən pişiyi tapmaq üçün patrul xidmətini artırdıqlarını bildirib. Axtarışlara baxmayaraq, pişiyi tapmaq mümkün olmadığını qeyd edən bələdiyyə, pişiyə göründüyü təqdirdə ona "yaxınlaşmamaq və toxunmamaq barədə xəbərdarlıq" edib.
Xəbərdarlıqda deyilir: "Əgər anormal görünən pişik tapsanız, ona toxunmayın və bələdiyyə və ya polisə müraciət edin. Əgər ona toxunsanız, bədəninizi bol su ilə yuyun".
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) sözügedən kimyəvi maddəni "gözlər, dəri və tənəffüs sistemi üçün zərərli" kimi təsvir edir. CDC saytında deyilir: "İşçilər altıvalentli xromun təsirindən zərər çəkə bilər. Təsir səviyyəsi dozadan, müddətdən və görülən işdən asılıdır".
İsveçdəki Karolinska İnstitutunun kimyəvi risk üzrə mütəxəssisi Linda Schenk: "Xəz dərini böyük yanıqlardan qorusa da, pişiklər tüklərini yalayaraq və aşındırıcı məhlulu ağıza apararaq kürklərini təmizləyirlər. Mənim təxminlərimə görə, pişik ölüb və ya kimyəvi yanıqlardan tez ölə bilər", - deyib.
Qadir, Bizimyol.info






