Almaniyada 62 yaşlı kişinin həkimlərin əksinə tövsiyələrinə baxmayaraq 217 dəfə "Covid" peyvəndi aldığı bildirilib.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, "Lancet Infectious Diseases" jurnalında dərc edilən məlumata görə, peyvəndlər 29 ay ərzində özəl klinikalardan vurulub.
Erlangen-Nurember Universitetinin tədqiqatçıları sözügedən adamda heç bir problem olmadığını ifadə ediblər. Universitetin Mikrobiologiya Departamentindən Dr Kilian Schober: "Biz bu hadisəni qəzet yazılarından öyrəndik. Sonra onunla əlaqə saxladıq və Erlangeni bəzi müayinələrdən keçirmək istədiyimizi bildirdik. O, çox maraq göstərdi", - deyə qeyd edib.
Kassadan qan və tüpürcək nümunələri götürülüb, ekspertlər son illərdə saxlanılan dondurulmuş qan nümunələrini də araşdırıblar.
Dr. Schober: "Biz tədqiqat apararkən, ona öz təkidi ilə yenidən Covid peyvəndi vuruldu. Daha sonra immun sisteminin peyvəndlərə reaksiyasını dəqiq müəyyən etmək üçün nümunələrdən istifadə etmək imkanımız oldu", - deyə qeyd dedib.
Maqdeburq şəhərinin prokuroru sözügedən şəxsin içində olduğu 130 peyvəndin sübutunu toplayıb və saxtakarlıq üzrə istintaqa başlayıb, lakin heç bir ittiham irəli sürülməyib.
Mütəxəssislər həddindən artıq peyvəndi təşviq etmədiklərini bildirsələr də, bu iş üzrə apardıqları testlərin ümumi nəticə çıxarmaq üçün kifayət etməyəcəyini vurğuladılar.
Qadir, Bizimyol.info






