Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr türk xalqının qazanılmış hüquqları olan suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun qeydə alınması üçün səyləri gücləndirdiklərini qeyd edib.
Ərdoğan: “Beynəlxalq ictimaiyyət Fələstin xalqına olan borcunu yalnız Fələstin dövlətinin yaradılması ilə ödəyə bilər. Bunun üçün 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin dövlətinin yaradılması vacibdir”, - deyə o bildirib.
NEST Konqres Mərkəzində keçirilən Antalya Diplomatik Forumunun rəsmi açılışında çıxış edən Ərdoğan deyib ki, Beynəlxalq Ədalət Məhkəməsinin İsrailin soyqırım törətməsinə mane olmaq üçün verdiyi qadağa qərarı ortada olsa da, Netanyahu administrasiyası öz əvvəl də olduğu kimi işğal, dağıntı və qırğın siyasətini amansızcasına davam etdirə bilir.
İlk gündən İsrailə qeyd-şərtsiz dəstək verən qərb dövlətləri “tazıya tut, dovşandan qaç” kimi ikiüzlü siyasətləri ilə qan tökülməsinə tərəf oldular. Sözlər əməllə dəstəklənməyincə, nə Fələstindəki zülmü dayandırmaq, nə də beynəlxalq sistemə inamı bərpa etmək mümkün deyil. Beynəlxalq ictimaiyyət Fələstin xalqına olan borcunu ancaq Fələstin dövlətinin yaradılması ilə ödəyə bilər. Bunun üçün 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olmaqla, müstəqil, suveren və coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin dövlətinin yaradılması vacibdir”, - deyib.
Dünyanı təsir edən mənfiliklərə baxmayaraq Türkiyə Əsri hədəflərinə doğru əzmlə irəlilədiklərini açıqlayan Ərdoğan, Balkanları regional sahiblik və birlik əsasında sülh, sabitlik və rifahın hökm sürdüyü bir coğrafiya olaraq gördüklərini söylədi.
Kipr türk xalqının qazanılmış hüquqları olan suveren bərabərliyi və bərabər beynəlxalq statusunun qeydə alınması üçün səyləri gücləndirdiklərini qeyd edən Ərdoğan, Orta Asiya ilə iqtisadiyyatdan enerjiyə, təhsildən mədəniyyətə, nəqliyyatdan müdafiə sənayesinə qədər əməkdaşlığın olduğuna diqqət çəkdi. Prezident Ərdoğan Türk Dövlətləri Təşkilatı vasitəsilə türk dünyasını birlikdə daha güclü etmək üçün səylərini davam etdirdiklərini bildirib. Qarabağın 30 illik işğalından sonra Ermənistanla başladılan normallaşma prosesini Azərbaycanla sıx koordinasiyada davam etdirəcəklərini ifadə edən Ərdoğan: “Biz köklü əlaqələrimiz olan Afrika qitəsi və Latın Amerikası ölkələri ilə qarşılıqlı hörmət əsasında əməkdaşlığımızı daha da inkişaf etdirəcəyik. Dünya 5-dən böyükdür və daha ədalətli dünya mümkündür” devizi ilə işləməkdən çəkinməyəcəyik”, - dedi.
Qadir, Bizimyol.info






