Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Asteroiddə suyun ilk kəşf edilib
Asteroiddə suyun ilk kəşf edilib

ABŞ-ın Cənub-Qərb Tədqiqat İnstitutunun tədqiqatçıları ilk dəfə asteroiddə su molekullarını aşkar ediblər.

Bizimyol.info xəbər verir ki, NASA və Almaniya Kosmik Agentliyinin birgə həyata keçirdiyi, artıq xidmətdə olmayan İnfraqırmızı Astronomiya üçün Stratosfer Rəsədxanasının (Sofiya) məlumatlarından istifadə edilən araşdırmada, İris və Massalia asteroidlərindəki molekulyar suyun "dəqiq" xüsusiyyətləri aşkar edilib.

Əvvəlki müşahidələr həm Ayda, həm də asteroidlərdə bir növ hidrogen aşkar etsə də, bu tədqiqatlar su və onun yaxın kimyəvi qohumu olan hidroksil arasında fərq qoya bilməyib.

Bu kəşfin Günəş Sistemində suyun paylanması prosesinin və Yerin əmələ gəlməsinin daha yaxşı başa düşülməsinə töhfə verəcəyi bildirilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »