Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sürpriz..." - Su şüşələrində sağlamlıq üçün gözləniləndən 100 dəfə çox zərərli plastik hissəciklər aşkar edilib
"Sürpriz..." - Su şüşələrində sağlamlıq üçün gözləniləndən 100 dəfə çox zərərli plastik hissəciklər aşkar edilib

Bu günün ən böyük problemlərindən biri mikroplastiklərdir. Bu plastik hissəciklərə çimərliklərdən tutmuş içdiyimiz qablaşdırılmış suya qədər hər yerdə rast gəlinir. Onlar ətraf mühitə zərərli olmaqla yanaşı, insan orqanizmi üçün də qorxulu təsirləri var. Tədqiqatçıların fikrincə, plastik hissəciklər beyin, immun, reproduktiv və sinir sistemlərinə zərər verə bilər. Onların xərçəngə səbəb olduğu da deyilir.

Bizimyol.info xəbər verir ki, "PNAS"da nəşr olunan yeni bir araşdırma, bu hissəcik probleminin bilindiyindən daha pis olduğunu ortaya çıxarıb.

Araşdırmalar nəticəsində məlum olub ki, hər gün istehlak etdiyimiz bir litrlik su şüşələrində gözləniləndən 100 dəfə çox plastik hissəciklər var.

Bir litr qablaşdırılmış suda 240 min nanoplastik aşkar edilib

Mütəxəssislər 50-100 nanometr diapazonunda, təxminən virus ölçüsündə olan plastik hissəcikləri tapmaq üçün yeni texnikadan istifadə ediblər. Tədqiqatlarda 1 litrlik su şüşəsi nümunələri araşdırılıb. Qeyd edək ki, mikroplastiklər 5 millimetr və daha kiçik hissəciklərə verilən addır. Burada aşkar edilən hissəciklər daha kiçik olduqları üçün "nanoplastik" adlanır.

İndiyə qədər tədqiqatçılar nanoplastikləri müəyyən etmək üçün sürətli və effektiv üsullar tapmayıblar. Bu, həm ətraf mühitə, həm də sağlamlığa təsirləri ilə bağlı araşdırmaları çətinləşdirdi. Yeni araşdırma məhz bu vaxt nanoplastiki aşkarlamaqla işə yarayıb. Yazıçılardan biri Uei Min: "Biz tamamilə yeni bir dünyanın qapılarını açdıq", - deyə qeyd edib.

Araşdırma nəticəsində cəmi bir litr su şüşəsində orta hesabla 240 min nanoplastik aşkar edilib. Bunun  hər qabda dörddə bir milyon olması, gözləniləndən 10-100 dəfə çox olduğuna işarə edir.

Butulkalarda bir çox növ zərərli nanoplastiklər tapılıb

Tədqiqatda ABŞ-ın "Rutgers" və Kolumbiya Universitetlərindəki elm adamları üç fərqli markanın qablaşdırılmış suyunu çox nazik təbəqə ilə süzüblər. Daha sonra nanoplastikləri bağlayan kimyəvi maddələri müəyyən etmək üçün flakonların üzərinə iki lazerlə işıqlandırıblar. Bundan sonra yalnız hissəciklərin miqdarını müəyyən etməklə dəhşətli nəticə ilə qarşılaşıblar.

Bütün bunlarla yanaşı, nanoplastika növlərini də ayırd edə bildilər. Maraqlıdır ki, butulkaların əksəriyyətini təşkil edən polietilen tereftalat (PET) gözləniləndən daha az miqdarda çıxarılıb. Əvəzində polistirol kimi zərərli maddələr alındı. Bildirilib ki, bunlar qablaşdırma və ya emal zamanı butulkalara keçib.

"Nəhayət, araşdırma plastik hissəciklərin indi hər yerdə olduğunu və vəziyyətə ciddi yanaşmaq lazım olduğunun başqa bir göstəricisidir. Əvvəlki illərdə aparılan araşdırmalarda ilk dəfə insan qanında dolaşan mikroplastiklərin də şahidi olmuşuq", - deyə elm adamları qeyd ediblər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »