Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Piylənmənin müalicəsində yeməkdən sonra ifraz olunan və toxluq hissi verən dərman hazırlanıb
Piylənmənin müalicəsində yeməkdən sonra ifraz olunan və toxluq hissi verən dərman hazırlanıb

ABŞ alimləri dünyada artan piylənmə probleminin həlli edə biləcək bir araşdırma aparıblar.

Bizimyol.info xəbər verir ki, Massaçusets Texnologiya İnstitutundan (MIT) bir qrup alim normal şəraitdə yeməkdən sonra ifraz olunan və toxluq hissi verən C-peptid, Pyy və GLP-1 kimi hormonları artıran həb hazırlamağa nail olub.

Qrup, tərkibində mikro vibrasiya mühərrikləri olan və mədədə titrəyərək toxluq hissi yaradan "Titrəmə Yutulmaz Bioelektronik Stimulator" (VIBES) adlı həbi heyvanlar üzərində sınaqdan keçirib və həb verilən heyvanların dərman verilməyənlərdən təxminən 40 faiz az yediyi qənaətinə gəlib.

"VIBES" adlı həbin piylənmənin müalicəsində bir ümid ola biləcəyini ifadə edən mütəxəssislər, araşdırmanın hələ erkən mərhələdə olduğunu ifadə edərək, daha çox elmi araşdırmalara ehtiyac olduğunu vurğuladılar.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada 1 milyarddan çox artıq çəkidən əziyyət çəkən və ya piylənmədən rahatsız olan insan var. Dünya Piylənmə Federasiyasının dərc etdiyi məlumatlar göstərir ki, artıq çəki və ya piylənmə ilə mübarizə aparan insanların sayı 2035-ci ildə 4 milyardı keçəcək. Alimlərin yeni kəşfi bunun qarşısını almağa bir ümid işığı ola bilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »