"Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Cənab prezident son dövrlərdə bu sahədə bir çox layihələr, dövlət proqramları tərtib etmiş və xarici ölkələrlə əlaqələrin möhkəmləndirilməsinə lazımi diqqət göstərilmişdir. Sözsüz ki, Azərbaycanın neft sektoruna qoyulan investisiya yatırımları bu gün sevinc doğurur. Bir çox böyük dövlətlərin - Böyük Britaniyanın, ABŞ-ın, Türkiyənin, Norveçin və Yaponiyanın bu prosesdə iştirak etməsi qəbul edilir və qürur doğurur".
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Tahir Rzayev danışıb. Deputat vurğulayıb ki, yaxşı haldır ki, ötən müddət ərzində Türkiyə, Gürcüstan, Rusiya, Çin, İsveçrə, Serbiya, Ukrayna və digər ölkələrlə əhəmiyyətli dərəcədə investisiya şəraiti yaxşılaşdırılmışdır. Bu, Azərbaycanın gələcəyi üçün çox vacibdir. Çünki Azərbaycanda bu gün çox möhtəşəm tikinti, quruculuq, abadlıq işləri həyata keçirilir. Xüsusilə, işğaldan azad olunmuş ərazilərdə görülən işlər fərəh doğurur.
Tahir Rzayev“Son 3 ildə - tarixi qələbəmizdən sonra işğaldan azad olunmuş ərazilərimizin bərpasına 12 milyard manat vəsait qoyulmuşdur. Gələn il əlavə olaraq, 4 milyard vəsaitin qoyulması planlaşdırılır. Bu işlərin təşkilatçısı və təkan verici qüvvəsi əlbəttə ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevdir”-deyə Tahir Rzayev əlavə edib.
İradə Cəlil,Bizimyol.info






