Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zəhərli ya zəhərsiz olduğunu bilmək mümkün deyil - Göbələyin səbəb olduğu xəstəliklər...
Zəhərli ya zəhərsiz olduğunu bilmək mümkün deyil - Göbələyin səbəb olduğu xəstəliklər...

Göbələk zəhərlənməsi orqan çatışmazlığına səbəb ola bilər. Mütəxəssislər göbələk yedikdən sonra ilk 6 saatın vacib olduğunu vurğulayıblar. Qeyd edilib ki, göbələk zəhərlənməsi bir çox orqanlara, xüsusən də qaraciyər çatışmazlığına səbəb ola bilər. Göbələk zəhərlənməsi həm də orqan çatışmazlığına səbəb ola bilər. Göbələyi bişirmək onun zəhərliliyini aradan qaldırmır. Çünki göbələklərin tərkibində olan zəhər istiyə davamlı xüsusiyyətə malikdir. Ona görə də bişirildiyi zaman toksinin təsiri keçmir və buna xüsusi diqqət yetirmək lazımdır. Üstəlik, göbələyin növünü, formasını nə qədər yaxşı bilirik desək də, onun hansısnın zəhərli və ya zəhərsiz olduğunu bilmək mümkün deyil.

Həkim-terapevt Məlahət Abbasova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, göbələk zəhərlənməsi qaraciyəri sıradan çıxara bilər. Buna görə də göbələk alarkən diqqətli olmaq və açıq şəkildə satılan, saxlanma şəraitini bilmədiyiniz göbələkləri yeməmək tövsiyə edilir.

Həkim bildirib ki, zəhərli göbələk yedikdən 6 saat içində zəhərənmə əlamətləri özünü göstərir. Bu zəhərlənmə zamanı əlamətlər özünü gec də göstərə bilər. Onun sözlərinə görə, hətta 6 saatdan sonra da zəhərlənmə əlamətləri ortaya çıxa bilər. Bu əlamətlərin ortaya çıxma tezliyi şəxslərin orqanizmindən asılıdır. Zəhərlənmə zamanı ürəkbulanma, qusma, ishal müşahidə edilir. Bu kimi hallar ortaya çıxan kimi Təcili Tibbi Yardıma müraciət etmək lazımdır. Çünki göbələk zəhərlənməsini diqqətdən kənarda saxlamaq olmaz. Bu zaman dərhal müalicəyə başlanılmalıdır.

Göbələk zəhərlənməsi necə baş verir?

Göbələk zəhərlənməsi təbii ərazilərdə bitən və tərkibində zəhərli maddələr olan, təzə, qurudulmuş və ya konservləşdirilmiş, çiy və ya bişmiş formada, qapaqlı göbələklərin yeyilməsi nəticəsində baş verən və ölümlə nəticələnən ağır zəhərlənmədir.

Göbələklərdən zəhərlənmələr xüsusilə yaz və payızda, bol yağış yağan zaman baş verir.

Unutmaq olmaz ki, ölkəmizdə təbii ərazilərdə bitən zəhərli göbələklər də var.

Göbələk zəhərlənməsinin əlamətləri hansılardır?

Zəhərlənmənin simptomları göbələkdə olan zəhərin təbiətindən asılı olaraq dəyişir. Simptomlar bəzi göbələk növlərini yedikdən 2 saat sonra və ya bəzi göbələk növlərini yedikdən 6 saat sonra görünə bilər.

Göbələk yedikdən sonra 2 saatdan qısa müddət ərzində zəhərlənmə əlamətlərinə səbəb olan göbələklər yeyildikdə:

Başgicəllənmə, yuxuya meyl, aşağı qan təzyiqi, bulanıq görmə, üz və boyunda qızartı, nəbzdə artım, ağızda metal dadı, ürəkbulanma və qusma ilə, tərləmə müşahidə oluna bilər.

Göbələkdə olan zəhərli maddənin təbiətindən asılı olaraq, qəbuldan 6 saat sonra ürəkbulanma, qusma, ishal, qızdırma, nəbzin artması, qarın ağrısı, daha sonra qaraciyər və böyrək pozğunluqları və bu orqanların işində pozğunluqlarla bağlı simptomlar baş verə bilər. Bu isə, koma və ölümlə nəticələnə bilər.

Unutmamaq lazımdır ki, göbələyin zəhərini heç bir maddə aradan qaldıra bilməz. İstər qatıqla yeysilsin, istər sirkəli və duzlu suda qaynadılsın, bu zəhəri aradan qaldırmır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »