“Rəqəmsal bacarıqlar layihəsinin əhatə dairəsi çox genişləndirilib. Artıq 7 ildir ki, Elm və Təhsil Nazirliyi Alqoritmika Beynəlxalq Riyaziyyat və Proqramlaşdırma məktəbi ilə əməkdaşlıq çərçivəsində məktəblərdə informatika dərslərinin transformasiyası üzrə “Rəqəmsal Bacarıqlar" layihəsini həyata keçirir”.
Bizimyol.info xəbər verir ki, bunu “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Nilufər Rəhimova müəllimlərin 16-cı qurultayında səsləndirib. Onun sözlərinə görə, "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində dərsin təşkilolunma prosesi layihənin səmərəli tətbiqi üçün məktəblərdə yeni informatika otaqları yaradılır, yeni və mövcud otaqlar rəqəmsal avadanlıqlarla təchiz olunur, IT infrastrukturunun təşkili işləri aparılır.
“Dərslər şagird və müəllim platformaları vasitəsilə keçirilir, ibtidai siniflərdə bir saat (1-4-cü siniflər), yuxarı siniflərdə (5-9-cu siniflər) iki saat olmaqla keçirilir. Şagirdlər ildən-ilə proqramı daha müvəffəqiyyətlə mənimsəyir və daha yaxşı nəticə göstərirlər”,-deyə Nilufər Rəhimova bildirib.
Nilufər Rəhimova qeyd edib ki, müəllimlərin təkmilləşdirilməsi məqsədi ilə il ərzində təlimlər keçirilir və cari tədris ilində 4660 müəllim fəaliyyət göstərir.
Leyla Mirzə, Bizimyol.info






