Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bir vaxtlar Bakı meriyasının tramvayla bağlı verdiyi "ləğv" qərarı, indi dövlətə milyonlarla ziyan vuracaq"
"Bir vaxtlar Bakı meriyasının tramvayla bağlı verdiyi "ləğv" qərarı, indi dövlətə milyonlarla ziyan vuracaq"

Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə bildirib ki, Bakının baş planı artıq hazırdır və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub. Baş planda paytaxtın bəzi yollarının genişləndirilməsi və tramvay xəttinin qurulması nəzərdə tutulub.

Məlumdur ki, tramvay xəttləri o zamanlar Bakı meriyası tərəfindən "lazımsızmış" kimi söküldü. Bu gün Bakı da əvvəlki Bakı deyil.

Göydələnlər, bir-birinə yaxın tikilmiş iaşə obyektləri və s. şəhərin küçələrini o qədər daraldıb ki, tramvaydan söhbət düşəndə istər-istəməz düşünürsən ki, “necə olacaq?”

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, tramvay xətlərinin qurulması uzun müddətdir ki, müzakirə olunur.

Elməddin Muradlı Elməddin Muradlı

“Biz nəqliyatçılar hər zaman tramvay xəttlərinin olmasının tərəfdarı olmuşuq. Tramvayın olması ictimai nəqliyatın çeşidliliyini artırır. Tramvay ekoloji təmiz ictimai nəqliyat növü olaraq daha səmərəlidir faydalıdır. Bununla bağlı müəyyən addımlar atılmalı, müəyyən işlər görülməlidir. Bu sistem tezliklə qurulmalıdır.

Bir zamanlar Bakı meriyasının rəhbərliyinin yalnış siyasətinin nəticəsində Bakı tramvaysız qaldı. İllər sonra məlum oldu ki, çox səhv bir qərar olub”-deyən ekspert bildirib ki, bu qərar dövlətə milyonlarla vəsait hesabına başa gələcək.

Ekspertin fikrincə, nəqliyyat sistemində yaşanan problemlər tramvaya böyük ehtiyac olduğu açıq-aydın göstərir.

“Bakı kəndləri, qəsəbələr istiqamətində tramvayların tətbiqi mütləq olmalıdır. Çünki metronun yarıtmaz siyasəti nəticəsində Bakı şəhərinə bu gün 60 və daha artıq metro stansiyası lazım olduğu halda, cəmi 27 stansiyanın ümidinə qalmışıq. Danışanda da deyirlər ki, metro tikintisi çox baha başa gəlir, ağırdır və daha nələr...”-deyə ekspert bildirib. Onun sözlərinə görə, bu gün insanların yeganə ümid yeri 1 manatlıq taksilərdir.

Elməddin Muradlı bildirib ki, tramvayların nəqliyyat sisteminə inteqrasiyası istiqamətində zəruri olan bütün işlər çox gözlədilmədən və sürətli şəkildə həyata keçirilməlidir.

“Təbii ki, başlanğıcda bütün küçə və prospektlərdə, əvvəl mövcud olan tramvay şəbəkəsi indi mövcud olmayacaq. Bu nəqliyyat vasitəsinin bütün şəhərə tətbiqi olduqca çətindir. Hamıya məlum olan səbəblər bunu deməyə əsas verir. Tikinti sektorunun oliqarxları o qədər binalar tikiblər və yolların başına elə oyun açıblar ki, tramvayın şəhərimizin nəqliyyat sisteminə qısa müddətdə genişmiqyaslı tətbiqi inandırıcı görünmür. Bu səbəbdən nəzərə almaq olar ki, başlanğıc üçün hazırda "mümkün olan" küçə və prospektlərdə tramvayın istifadə olunacağı xətlər mütləq bərpa olunmalıdır”-deyə ekspert bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »