Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş nazir Nikol Paşinyan: "Ermənistan regionda kommunikasiyaların açılmasına hazırdır"
Baş nazir Nikol Paşinyan: "Ermənistan regionda kommunikasiyaların açılmasına hazırdır"

"Ermənistan regionda kommunikasiyaların açılması üçün təsirli və konkret addımlar atmağa hazırdır".

Bizimyol.info xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşündə deyib.

“30 ildən artıqdır ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır və bu gün biz çox danışırıq və regionda nəqliyyat kommunikasiyalarının açılması imkanlarını müzakirə edirik”, - Paşinyan bildirib. Onun sözlərinə görə, İrəvanın nəqliyyat kommunikasiyalarının açılmasına yanaşmaları “Dünyanın kəsişməsi” konsepsiyasında öz əksini tapıb. Baş nazir əmindir ki, bu təşəbbüsün həyata keçirilməsi region ölkələrinə daha çox imkanlar yaradacaq, həm də Ermənistanın dənizə çıxışını təmin edəcək.

Paşinyan vurğulayıb ki, Ermənistan Azərbaycanla nəinki keçmişdə mövcud olan dəmir yolu kommunikasiyalarını bərpa etməyə, həm də yeni əlaqələr qurmağa hazırdır. "Xüsusilə, şimal istiqamətində Qazaxı Ermənistanın Tavuş rayonu ilə birləşdirəcək yoldan, cənub istiqamətində isə başqa bölgələrlə yanaşı, Azərbaycanın Qərb rayonlarını Naxçıvanla birləşdirəcək qoldan danışırıq", - deyə o qeyd edib. İrəvan hesab edir ki, bu əlaqə xətlərini şimal istiqaməti ilə təmin etmək olar.

Baş nazir şimal, orta və cənub istiqamətlərindən keçə bilən avtomobil yollarından istifadəyə də işarə edib. "Bununla da Ermənistan Şimalla Cənub, Şərqlə Qərb arasında bir halqaya çevrilə bilər. Türkiyə ilə dəmir yolu və avtomobil yollarının açılmasına eyni hazırlığı göstəririk", - Paşinyan bildirib. Onun fikrincə, blokun açılması təkcə regiona əhəmiyyətli təsir göstərməyəcək, iqtisadi əlaqələri gücləndirəcək və qlobal təhlükəsizlik məsələlərini həll edəcək.

Qadir, Bizimyol.info

Müəllif qeydi: Paşinyan son çıxışında səsləndirdiyi "30 ildən artıqdır ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır" ifadəsinə görə, Ermənistanın işğalçı siyasətinin günahkar olduğunu da vurğulaya bilsəydi, bu, daha inandırıcı nitq hesab edilə bilərdi. Bundan əlavə, Azərbaycan 44 günlük müharibədən sonra bütün səviyyələrdə kommunikasiya xətlərinin açılmasını xüsusi olaraq vurğulayıb. Ermənistan isə hələ də düşünür...

Son xəbərlər
Bütün xəbərlər »