Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan-Ermənistan arasında əsirlərin dəyişdirilməsi prosesi baş tutub
Azərbaycan-Ermənistan arasında əsirlərin dəyişdirilməsi prosesi baş tutub

Dekabrın 13-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində əsirlərin dəyişdirilməsi prosesi baş tutub.

Bizimyol.info xəbər verir ki, əvvəlcədən əldə olunan razılaşmaya əsasən, Azərbaycan 32 ermənini qarşı tərəfə təhvil verib. Əvəzində Ermənistanda saxlanılan 2 azərbaycanı əsgər - Aqşin Bəbirov və Hüseyn Axundov da ölkəmizə qaytarılaraq, əsirlikdən azad olunub.

Qeyd edək ki, bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülmüşdü.

Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi hərbçilərin azad edilməsi barədə razılıq əldə olunub.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »