Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail ordusuna hərbi tapşırıqlar verən general: Qəzzalıların taleyini müəyyən edir...
İsrail ordusuna hərbi tapşırıqlar verən general: Qəzzalıların taleyini müəyyən edir...
İsrail-Həmas qarşıdurmasının 3-cü ayı tamam olmaq üzrədir. Buna baxmayaraq, İsrail ordusu Qəzza bölgəsində hərbi əməliyyatları davam etdirir. Xüsusi amansızlıqla bombardman edilən və daha çox mülki yaşayış yerlərinin hədəfə alındığı Qəzzada "Əl-Şəfa" xəstəxanasının vurulmasından sonra İsrailin bu davranışı qınaq obyektinə çevrildi. Xüsusi amansızlıqla bombardman edilən yaşayış yerləri, həlak olan əliyalın insanlar - uşaqlar, qadınlar, qocalar... Bəs İsrail ordusuna bu amansız təlimatı verən "kimdir"? Bu gün bunun araşdırmasını apardıq. Sən demə, İsrail ordusuna soyuqqanlılıqla bu hərbi tapşırıqları verən "general" ibranicə "Hapsora", yəni "xoş xəbər" və ya "İncil" adlandırılan süni intellektdən başqası deyil. Yəni İsrail ordusu bu amansız hücum tapşırıqlarını həmin süni intellektdən alır və birbaşa icra edir. Yaxşı, bəs bu proqram necə çalışır?

Bizimyol.info maraqlı araşdırmanı oxucuları ilə bölüşür.

Qəzzanın Səhiyyə Nazirliyi müvəqqəti atəşkəsin başa çatmasından və İsrail-HƏMAS müharibəsinin yenidən başlamasından sonra ilk bir neçə saat ərzində İsrailin 178 nəfəri öldürdüyünü bildirib. İsrail isə indiyə qədər HƏMAS-ın 200 hədəfini vurduğunu açıqlayıb. Bununla belə, Qəzzadakı yaraqlılar da İsrailə raket zərbələri endirirlər. Belə olan halda, mətbuatda İsrail ordusunun Qəzzada hücum hədəfləri yaratmaq üçün “Hapsora” adlı süni intellektdən (Qərb mediası bunu "Gospel" adlandırır-red) istifadə etdiyi bildirilib. Bu haqda bir çox qərb mətbuatı, o cümlədən Böyük Britaniyanın məşhur "The Guardian" qəzeti də adıçəkilən texnologiya haqqında maraqlı məqalələrlə çıxış edib.

"Gospel" və ya ibranicə "Hapsora" adlı süni intellekt ilk dəfə 2021-ci ilin mayında 11 günlük müharibədə istifadə edilib. Bu süni intellekt texnologiyası yığılan kəşfiyyat məlumatları və qabaqcıl hesablamalar vasitəsilə ordu üçün hədəflər yaratmağa qadirdir. Həmçinin, 2019-cu ildə hazırlanmış "Hapsora" (tərcüməsi "xoş xəbər" - red) adlı süni intellekt texnologiyasının Qəzzada zərbələr üçün hədəflərin sürətlə yaradılması istiqamətində istifadə edildiyi bildirilir.

"Hapsora" məlumat daxilolmaları əsasında çox tez və avtomatik hərbi qərarlar qəbul etmə qabiliyyətinə malikdir. Bunlar kəşfiyyat qanadının kompüterləşdirilmiş tövsiyələri və qərargah zabitləri tərəfindən aşkarlanması əsasında müəyyən edilir.

Yığılan kəşfiyyat məlumatları mərkəzləşdirilmiş halda süni intellektə - "Hapsora"ya təqdim edilir və bu süni intellekt texnologiyası həmin məlumatlar əsasında qısa zamanda İsrail ordusu üçün yeni hərbi hədəflər müəyyən edib, onların məhv edilməsi istiqamətində tapşırıqlar verir.

Məlumat üçün qeyd edək ki, qərarı qəbul edən insan yox, süni intellekt olduğu üçün burada humanist dəyərlər bir məna ifadə etmir. Yəni "Hapsora"nı Qəzzada yaşayan mülki sakinlər, körpələr, qadınlar, qocalar qətiyyən maraqlandırmır. O, sadəcə hədəf müəyyən etmək, tapşırıq vermək və tapşırığın yerinə yetirilməsinə nəzarət etmək funksiyaları ilə təmin olunub. Beləliklə, Qəzzada yaşayan insanların taleyinə daha insanlar özləri yox, süni intellekt qərar verir. Necə deyərlər, artıq insan həyatı süni intellektin "iki dodağı" arasındadır...

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »