Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunanıstan Türkiyə ilə olan gərginliyi aradan qaldırmaq istəyir
Yunanıstan Türkiyə ilə olan gərginliyi aradan qaldırmaq istəyir

Yunanıstanın dövlət naziri Akis Skerços, prezident Rəcəb Tayyib Ərdoğanın dekabrın 7-də Yunanıstana planlaşdırılan səfəri zamanı iki ölkəni “birləşdirən” münasibətlərə diqqət yetirmək istədiyini bildirib

Bizimyol.info xəbər verir ki, Yunanıstan Dövlət Televiziyası "ERT"ə danışan nazir Skerços prezident Ərdoğanın gələn həftə paytaxt Afinaya planlaşdırdığı səfərlə bağlı açıqlama verib.

Skerços iki ölkə arasında fikir ayrılığına səbəb olan məsələlərin hər kəsə məlum olduğunu bildirib:

"Biz bu məsələlərdə israr etməyəcəyik. Ötən dörd ildəki gərginliyi aradan qaldırmaq üçün ortaq bir sahə tapmağa çalışacağıq", - deyə o qeyd edib.

Skerços vurğuladı ki, Yunanıstanı həqiqətən maraqlandıran şey mehriban qonşuluq münasibətləri qurmaq, onun sərhədlərində sülhü təmin etmək və miqrasiya axınının qarşısını almaqdır: "Biz bu mühüm görüşü fikir ayrılıqları üzərində deyil, bizi Türkiyə ilə birləşdirən məsələləri müəyyənləşdirmək və diqqət mərkəzində saxlamaq üçün planlaşdırdıq”, - deyə bildirib.

Skerços bu yaxınlarda həm Türkiyədə, həm də Yunanıstanda ümumi seçkilər keçirildiyini xatırladaraq, hər iki ölkənin liderlərinin mehriban qonşuluq münasibətləri qurmaq niyyətlərini ortaya qoyduğunu bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dekabrın 7-də Türkiyə ilə Yunanıstan arasında keçiriləcək 5-ci Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının (HDİK) toplantısı çərçivəsində Afinaya səfəri gözlənilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »