Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtirilmiş səkkizinci qitə tapıldı: ilk dəfə Zelandiya xəritəsi çəkildi!
İtirilmiş səkkizinci qitə tapıldı: ilk dəfə Zelandiya xəritəsi çəkildi!

Yeni Zelandiya Kral Araşdırma İnstitutunun (GNS Science) alimləri apardıqları yeni araşdırmalar nəticəsində ilk dəfə olaraq Zelandiyanın sərhədlərini aşkar ediblər.

Bizimyol.info xəbər verir ki, dünyanın itirilmiş səkkizinci qitəsi adlandırılan Zelandiya, ilk dəfə yunan filosofu Aristotel, astronom Ptolemey və coğrafiyaşünas Eratosfen tərəfindən təsvir edilən xəyali qitə idi.

Daha sonra 1642-ci ildə holland kəşfiyyatçısı Abel Tasman Zelandiyanı tapmaq üçün yola çıxdı, lakin indiki Yeni Zelandiyanı kəşf edir. Zelandiyanın kəşf edilməsi düz 375 il çəkdi.

Hazırda Zelandiyanın 94 faizi su altındadır. Bu barədə məlumat “Tectonics” elmi araşdırma jurnalında dərc olunub. Tədqiqat üçün okeanın dibindən çıxarılan qaya nümunələrindən istifadə edilib. Tədqiqatlar nəticəsində qitənin tam səth sahəsi ilk dəfə hesablanıb və beş milyon kvadratmetr olduğu müəyyən edilib.

Səkkizinci qitənin, Zelandiyanın mənşəyi, təxminən 200 milyon il əvvəl parçalanmağa başlayan qədim superqitə Qondvana ilə bağlıdır. Zelandiyanın Qondvanadan 80 milyon il əvvəl ayrıldığı təxmin edilir. O, qonşuları Antarktida və Avstraliyadan daha tez su altında qalıb. Qitənin suyun üzərində olan hissəsi Yeni Zelandiya, Fransız Kalendoniyası, Lord Hou adası və şərqdə vulkanik Ball Piramidası adasıdır.

Zelandiyanın varlığına dair ilk real ipuçları Şotland təbiətşünası ser Ceyms Hektor tərəfindən toplanmışdır. Araşdırmaları nəticəsində Ceyms Hektor Zelandiya qabığını iki yerə bölür. Kontinental qabığın dərinliyi ümumiyyətlə 40 km və qalınlığı təxminən 10 km-dir. Zelandiyanın bütün qitələr kimi sürükləndiyi, lakin çox uzandığı üçün batdığı düşünülür.

Alimlər deyirlər ki, Zelandiya yer qabığının qalınlığına və qayaların növünə görə bir qitədir. Yeni Zelandiyanın daha böyük qitənin bir hissəsi olduğu sübut olunarsa, onun sərhədləri altı dəfə genişlənə bilər. Fotoda Zelandiyanın ən hündür zirvəsi olan Kuk dağı göstərilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »