Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağ bölgəsində yaşayan erməni sakinlərinə 40 ton yardım 4 maşınla göndərilib
Qarabağ bölgəsində yaşayan erməni sakinlərinə  40 ton yardım 4 maşınla göndərilib

Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinə yardım göndərilib.

Bizimyol.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının mətbuat xidməti məlumat verib.

2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin xahişinə uyğun olaraq, içərisində ümumilikdə 40 ton un, gigiyenik vasitələr və 500 nəfər üçün yataq dəsti olan 4 yük avtomobili göndərilib.

Həmçinin Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə yardım məqsədilə 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları olan növbəti təcili tibbi yardım maşını sentyabrın 26-da Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

Son xəbərlər
Bütün xəbərlər »