Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Google" elektrikli avtomobil sürücülərinə yanacaqdoldurma məntəqələrini göstərmir
"Google" elektrikli avtomobil sürücülərinə yanacaqdoldurma məntəqələrini göstərmir

Dünyada elektrikli avtomobillər hər gün daha çox populyarlaşır. "Google" "Android Auto"da Xəritələr proqramı isə elektrik avtomobil istifadəçilərinə yanacaqdoldurma məntəqələrini göstərməyi dayandırıb.

Bizimyol.info xəbər verir ki, belə olduqda, "Google" kimi texnologiya nəhəngləri də yeni avtomobil dövrü ilə ayaqlaşmaq üçün xidmətlərini yeniləyirlər. Avtomobil sürənlərin vazkeçilməzləri olan "Google Maps" bu yeniliklərdən biridir.

Bu həftənin əvvəlində "Maps"in yanacaqdoldurma məntəqələrini elektrikli avtomobillərə göstərməməyə başladığı məlum olub. "Google"dən bu dəyişikliklərin tətbiqinin doğru olduğu təsdiqlənib.

Bu xüsusiyyət əslində 2022-ci ildən "Android Auto"da elektrikli avtomobil istifadəçiləri üçün əlçatan olub. Texnologiya nəhəngi, yeni fərq edilən bu dəyişikliyin əslində 2022-ci ildə elektrikli avtomobillərdən istifadə edənlər üçün hazırlandığını bildirib. "The Verge"ə danışan şirkət sözçüsü əlavə edib ki, "Android Auto" avtomobil idarə edərkən ən uyğun məlumatı əldə etmək üçün yanacaqdoldurma məntəqələri əvəzinə şarj stansiyalarına qısa yolların göstərilməsinə imkan verir. Bu xüsusiyyətin 2020-ci ildən "Google" daxili proqram təminatı vasitəsi ilə təchiz edilmiş elektrikli avtomobillərə daxil edildiyi bildirilir.

Bu xüsusiyyət elektrikli nəqliyyat vasitələrini idarə edənlər üçün çox faydalı ola bilər. Axı onlara yanacaqdoldurma məntəqələri lazım deyil. Bununla belə, demək lazımdır ki, əksər alətlər daxili "Google" xüsusiyyətləri ilə gəlmir. Başqa sözlə, telefonlarından xəritəyə daxil olan sürücülər hələ də yanacaqdoldurma məntəqələrini görə bilirlər.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »