Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Xarici İşlər Nazirliyindən ABŞ-a sərt reaksiya
Türkiyə Xarici İşlər Nazirliyindən ABŞ-a sərt reaksiya

ABŞ Dövlət Departamenti dünən yazılı açıqlama verərək, 2024-cü maliyyə ili üçün Kipr Rum Administrasiyasına (GCA) qarşı silah embarqosunun qaldırıldığını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi yazılı açıqlamada ABŞ-ın qərarına reaksiya verib.

"ABŞ-ı regionda sabitliyə təhlükə yaradan bu siyasətlərini bir daha nəzərdən keçirməyə dəvət edirik", - deyə nazirliyin bəyanatında qeyd edilib.

Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada: "ABŞ-ın 2020-ci ilin sentyabrında Kipr Rum Administrasiyasına qarşı silah embarqosunu ləğv etmək qərarı aldıqdan və 2022-ci ildə bu qərarın əhatəsini genişləndirdikdən sonra 1 oktyabr 2023-cü il tarixindən etibarən bu qərarı daha bir il müddətinə uzadılmasını pisləyirik", - deyə bildirilir.

Nazirlik qeyd edib ki, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı ədalətli reaksiyasını tam dəstəkləyirik.

"ABŞ-ın son dövrdə Kipr türk tərəfinə qarşı atdığı, bölgədə sabitliyi pozan müxtəlif addımlarının şahidi oluruq. Fürsətdən istifadə edərək xatırlatmaq istərdik ki, ŞKTC ilə birlikdə ABŞ-ın dəfələrlə bu ölkənin Kipr adasındakı neytral mövqeyinə xələl gətirdiyini və problemin ədalətli, daimi, həmçinin davamlı həllinə maneə olduğunu dəfələrlə qeyd etmişik.

Biz ABŞ-ı bir daha regionda sabitliyə təhlükə yaradan bu siyasətləri nəzərdən keçirməyə dəvət edirik", - deyə bəyanatda qeyd edilir.

Nazirlik bildirib ki, Türkiyə zamin dövlət olaraq öz tarixi və hüquqi məsuliyyətləri çərçivəsində Kipr türklərinin varlığını, təhlükəsizliyini, eləcə də onun ərazisində sülhü təmin etməyə davam edəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »