Siqaretin ağciyər xərçəngi kimi ölümcül xəstəliklərə səbəb olduğunu hamı bilir. Ancaq təkcə nikotin deyil, bəzi qidalar və içkilər də insanlar üçün ölümcül ola bilər. Qidalanma insanların əsas ehtiyacıdır. Bununla belə, hansı qidaların bizim üçün faydalı, hansının faydasız olduğuna çox diqqət yetirməliyik. Məsələn, şəkərli, unlu və yağlı qidalar gündən-günə artan piylənmənin əsas səbəblərindəndir. Üstəlik, bu cür qidaların orqanizmə vurduğu yeganə zərər yağ, xolesterin, təzyiq və şəkərin yüksəlməsi deyil, eyni zamanda, onların həyatı üçün çox təhlükəli nəticələr də ola bilər.
Siqaret qutusunun üzərindəki o qorxulu şəkilləri hamı görüb. Siqaretin tərkibində nikotin, qatran, arsen, ammonyak və hidrogen sianid kimi zərərli maddələr var. Paketində onun ölümcül olduğu və ya ölümcül xəstəliklərə səbəb olacağı barədə məlumatlar olan şəkillər yer alıb.
Siqaret qədər ölümcül olmasa da, insanlar bilməlidirlər ki, aşağıda adları çəkilən məhsullar həddindən artıq və səhv istehlak edildikdə müxtəlif xəstəliklərə səbəb ola bilər. Bunun üçün həmin məhsulların qablaşdırmasının üzərinə onların istehlakının nəyə səbəb ola biləcəyini təsvir edən vizual və mətnlər yerləşdirilə bilər.
Məsələn, fast food məhsullarının qablaşdırılmasının üzərinə piylənmə riski barədə açıqlamanın qoyulur. Yarımfabrikat qidalarla hər zaman çox diqqətli olmalıyıq. Məsələn, yarımfabrikat ət onlardan biridir. Belə ətlər natrium və nitratla zəngin olan, insan sağlamlığı üçün çox da faydalı olmayan qidalardır. Bu maddələrin orqanizmdə çox olması ürək, böyrək xəstəlikləri, insult və xərçəng kimi xəstəliklərin yaranması deməkdir. Ən sadə formada onların kanserogen təsirə malik olduğunu söyləyə bilərik. Əslində, Amerika Xərçəng Araşdırmaları İnstitutuna görə, bu ətlərin həddindən artıq istehlakı xərçəng riskini artırır. Mütəxəssislərin fikrincə, yeməkləri çox yüksək temperaturda qaynayan yağlarda qızartmaq kanserogen təsirlərə səbəb olan akrilamid adlı maddə yaradır.
Akrilamidlərin insanlar üzərində xərçəngə səbəb olan təsiri hələ müəyyən edilməsə də, heyvanlarda xərçəngə səbəb olduğu bilinir. Bundan əlavə, Klark Universitetinin professoru Dale Hattis, akrilamidin ABŞ-da hər il minlərlə xərçəngə səbəb olduğunu təxmin etdiklərini deyib.
İstər kartof qızartması, istərsə də kartof çipsləri qaynar yağda qızardılıb, duz səpildiyi üçün onların tərkibindəki natrium da yüksəlir.
Bu isə, qan təzyiqi və xolesterini artırdığı üçün infarkt və insult kimi vəziyyətlərin inkişaf riskini artırır.
Marqarin zərərlidir
Marqarin insan orqanizminin asanlıqla həzm edə bilməyəcəyi trans yağları ehtiva edən emal edilmiş yağdır. Məsələn, 100 qram marqarinin tərkibində 630 kalori var. Həm də hər gün hazırladığınız xəmirin içinə atdığınızı təsəvvür edin. Həddindən artıq istehlak xolesterolu artırır və qan damarlarını zədələyir. O, insan orqanizmi üçün tamamilə zəhərli qidadır, həm də qaraciyər yağlanmasının əsas səbəbidir.
Konservləşdirilmiş qidalar farımfabrikat və tərkibində duz olan məhsullardır. Xüsusilə konservləşdirilmiş şorabalar digər konservləşdirilmiş məhsullardan daha sağlam hesab olunur. Onların tərkibində 890 ml-ə qədər natrium var və bu, insan orqanizmi üçün zərərlidir. Konservlərin hazırlanmasında üç mərhələ var, əvvəlcə bişirilir və hazırlanır. Daha sonra hazırlanan qablar son isitmə üsulu ilə bağlanır və rəflərə qoyulur. Lakin bu proseslər qidalarda bəzi mineralları və vitaminləri qoruyub saxlasa da, bəzi faydalılarının ölümünə də səbəb olur.
Amerika Ürək Dərnəyinin məlumatına görə, amerikalı uşaqların 97 faizi çox natrium tərkibli qida qəbul etdiyi üçün orqan zədələnməsindən əziyyət çəkir. Əslində konservləşdirilmiş yeməklərin qutularında bisfenol A (BPA) adlı təhlükəli maddə (sənaye kimyəvi maddəsi) var. Bu kimyəvi maddə, estrogenləri (yumurtalıqlardan ifraz olunan hormon) təqlid edən bir quruluşa malikdir və müxtəlif sağlamlıq problemləri yarada, həzm sistemini poza bilər. 2010-cu ildə Kanada onu zəhərli maddə elan edən ilk ölkə olub.
Donatlar və ya ağ şəkər, un və trans yağdan istifadə edilən bütün mayalı məhsullar onları yeyən insanları kökəldir. Bundan əlavə, ürək xəstəlikləri, şəkərli diabet kimi problemlər yaradırlar. Bu növ qidaları davamlı deyil, arada bir istehlak etmək nisbətən daha yaxşı ola bilər.
Şokoladın zərərləri
Şokoladın çay və siqaret kimi asılılıq xüsusiyyəti var. Çünki beyində serotonin hormonunun ifrazına səbəb olur. Bundan başqa, marketlərdə satılan qablaşdırılmış şokoladların əksəriyyətində kakao miqdarı kifayət qədər aşağıdır. Onların əksəriyyəti yağ, qlükoza siropu və şəkərlə zəngindir. Qısaca, qablaşdırılmış şokoladlarda qatqı çox olduğu üçün tərkibində 70 faiz kakao olan tünd şokoladları istehlak etmək faydalıdır.
Pasterizə edilməmiş çiy süd və süd məhsullarının zərərli olduğunu bilirdinizmi?
Çiy süd və süd məhsulları ciddi xəstəliklərə və ölümə səbəb ola biləcək zərərli bakteriya və mikrobları ehtiva edir. Mütəxəssislər deyirlər ki, bunlara Brucella, Campylobacter, Cryptosporidium, Listeria və Salmonella daxildir.
1993-cü ildən 2012-ci ilə qədər dünyada 127 epidemiya çiy süddən qaynaqlanıb. Əksər epidemiyalara Campylobacter və ya Salmonella səbəb olduğu deyilir. Əslində, bunun uşaqlara çox təsir etdiyi düşünülür, çünki 2007-ci ildən 2012-ci ilə qədər bildirilən epidemiyaların 59 faizində - ən azı 5 yaşından kiçik bir uşaq iştirak edib.
Məsələn, Salmonella isə ölümcül bağırsaq infeksiyalarına səbəb ola bilər. Buna görə də çiy süd, pendir, qaymaq və s. məhsullarla çox diqqətli olmalısınız.
Qazlı içkilər zərərlidirmi?
Fanta, kola kimi içkilər insan orqanizmi üçün heç bir qida dəyəri verməyən məhsullardır. Üstəlik, onların tərkibində çoxlu miqdarda şəkər və müxtəlif kimyəvi maddələr var.
Bir araşdırmaya görə, həftədə cəmi iki qazlı içki içmək insanın mədəaltı vəzi xərçənginə tutulma riskini təxminən iki dəfə artırır.
Dr. Cozef Merkola deyir ki, yalnız bir qutu soda, 10 çay qaşığı şəkər, 30-55 mq kofein, süni qida boyaları və sulfitlər ehtiva edir. Bundan əlavə, qazlı içkilər orqanizmdə turşu əmələ gətirir ki, bu da osteoporoza səbəb olur. Bu içkilər istehlak edildikdə insan orqanizmindəki mühüm mineral ehtiyatları zədələnə bilər.
Əslində, diet kola və fanta kimi içkilərin piylənmə və diabet kimi problemlərə səbəb olduğu araşdırmalarla müəyyən edilib. Çünki mütəxəssislər bu içkilərin əslində şəkərsiz olmadığını bildirirlər. Alimlərin fikrincə, bu məhsulların istehsalçıları içkilərin qablaşdırılmasına pəhriz ifadəsini yerləşdirməklə müştərilərin metabolizmini aldadırlar. Çünki araşdırmalara görə, bu içkilərdən istifadə edənlər şəkərli qidalara həddindən artıq həvəs göstərir və sonradan istifadə edə bilirlər. Təkcə kola və fanta deyil, hər cür qazlı içkilər çox zərərlidir.
“Fast food” - hamburger, pizza və xırtıldayan toyuq kimi çöldə yediyiniz və marketlərdən dondurulmuş şəkildə aldığınız bütün qidalar zərərlidir. Çünki onların tərkibində yüksək yarımfabrikat ət, doymuş yağ, natrium, şəkər, duz və un kimi maddələr var. Nəzərə alın ki, gündə 3 dəfə belə yemək yeyirsinizsə, sağlamlığınıza heç bir faydası olmayacaq.
ABŞ-da səhiyyə təşkilatının hesabatına görə, pis pəhriz və fiziki fəaliyyətin olmaması hər il 310.000-dən 580.000-ə qədər insanın ölümünə səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının 2022-ci il artıq çəki və piylənmə hesabatında Türkiyənin Avropa ölkələri arasında ən çox “obez” ölkə olduğu müəyyən edilib. Araşdırmanın statistikasına baxdığımızda Türkiyədə yetkin əhalinin 66,8 faizinin artıq çəki, 32,1 faizinin isə “obez” olduğu görülür.
Dünya Bankının 2008-ci il Türkiyə hesabatına görə, ölkədə piylənmə və artıq çəkiyə səbəb olan səbəblər arasında həddindən artıq şəkər, yağlı, yüksək kalorili qidalar istehlak etmək və idman etməmək göstərilir.
İlahin, Bizimyol.info






