"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putinin avqustun 31-də keçiriləcəyi barədə xəbərlər yayılıb, amma mümkün görüşü barədə Türkiyə tərəfində hələlik konkret məlumat yoxdur".
Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatına Ərdoğan administrasiyasının mətbuat xidmətindən məlumat verilib.
"Hazırda bu barədə dəqiq heç nə deyə bilmərik. Əgər belə bir qərar olarsa, konkretliklər ortaya çıxarsa, bu barədə məlumat verəcəyik. Hələ bu barədə veriləcək hər hansı bir məlumat yoxdur", - deyə administrasiyadan bildirilib.
Bundan əvvəl “Shot Telegram” kanalında mənbələrə istinadən məlumat yayılıb ki, Putin və Ərdoğan avqustun 31-də görüşə biləcəkləri ilə bağlı razılaşdırılma aparılır.
Avqustun 3-də Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov Rusiya və Türkiyə prezidentlərinin görüşünün yeri və dəqiq tarixinin diplomatik kanallar vasitəsilə razılaşdırılacağını bildirib. Bir gün əvvəl Peskov vurğulamışdı ki, görüş yeri müzakirə olunacaq, bu, mütləq Türkiyə deyil.
Qadir, Bizimyol.info






