Malatyanın Yeşilyurt rayonunda 4,8 və 4,5 bal gücündə iki zəlzələ baş verib.
Bizimyol.info xəbər verir ki, zəlzələdən sonra açıqlama verən daxili işlər naziri Əli Yerlikaya AFAD-la birgə əlaqədar qurum və təşkilatların təbiyət hadisəsinin baş verdiyi ərazilərin nəzərdən keçirilməsi işlərinə başladıqlarını deyib.
AFAD-dan verilən məlumata görə; Malatyanın Yeşilyurt rayonunda saat 16:39-da 4,8 və 16:40-da 4,5 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ocağının yerin 7 km dərinliyində olduğu açıqlanıb.
Daxili işlər naziri Əli Yerlikaya: "Malatyanın Yeşilyurt mahalında saat 16:39-da baş verən 4,8 bal gücündə zəlzələ ilə əlaqədar AFAD başda olmaqla əlaqədar qurum və təşkilatlarımız ərazilərdə arama-qurtarma işlərinə başlayıblar. Hələlik dağıntı və təlafat barədə dəqiq məlumatımız yoxdur. Zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza Allahdan şəfa diləyirik”, - deyə paylaşım edib.
Qadir, Bizimyol.info






