"Ukraynada bloklanan türk gəmilərinin geri qaytarılması məsələsi Moskva və Kiyevlə müzakirə edilir, lakin hələlik heç bir təminat yoxdur".
Bizimyol.info xəbər verir ki, bunu ölkə mətbuatına müsahibəsində Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
"Ukrayna limanlarında 12 ticarət gəmimiz və zədələnmiş bir gəmi kranı var. Altı gəmi Ukraynanın nəzarətində olan Nikolaev və Olvia limanlarındadır. Birinci mərhələdə biz onları geri qaytaracağıq. Biz hər iki tərəflə (Rusiya və Ukrayna) danışıqlar aparırıq. Onlar məsələyə müsbət tərəfdən yanaşırlar. Bununla belə, hələ ki heç bir zəmanət yoxdur", - deyə nazir bildirib.
Gülər qeyd edib ki, “şərqdə Xersonda” limanlarda ilişib qalan gəmilərlə bağlı problemlər var. "Kaxovka bəndinin partlamasından sonra sellə birlikdə aparılmış ağaclar və digər elementlər gəmilərimizin yanaşdığı limanı doldurub. İndi portu təmizləmək lazımdır. Gəmiləri evə gətirmək üçün münasib vaxtı gözləyirik”, - deyə müdafiə naziri bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 17-də bildirib ki, o, Türkiyə gəmilərinin Ukraynanın Nikolaev və Olbiya limanlarından maneəsiz çıxışı üçün Rusiya tərəfdən zəmanət alıb. Mayın 21-də Ukraynanın Aqrar Siyasət və Ərzaq naziri Nikolay Solski türk gəmilərinin bu limanları tərk edə biləcəyini, lakin limanların özləri işini bərpa etməkdə çətin çəkdiklərini bildirib.
Qadir, Bizimyol.info






