Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xaricə paytaxtdan böyük axın: Gedənlərin yerini bölgə əhalisi doldurur
Xaricə paytaxtdan böyük axın: Gedənlərin yerini bölgə əhalisi doldurur

Ölkəni tərk edənlərin çoxluğu barədə əvvəllər də az yazmamışıq. Xaricə böyük axın var. Xüsusilə paytaxtdan gedənlər çoxdur. Çünki ölkədə az-çox qazanmağın yolu Bakıda yaşamaqdan keçir. Viza xərclərinin, bilet pulunun öhdəsindən gələnlər, üstəlik, xaricdə müəyyən işlə məşğul ola biləcəyinə inananlar Azərbaycandan getməyə çalışırlar. Paytaxtdan gedənlərin yerini bölgə əhalisi doldurur. Buna görə də şəhər əhalisinin azaldığı hiss olunmur.

Bizimyol.info xəbər verir ki, ölkə əhalisinin təxminən yarısı Bakıda yaşayır. Dövlət Statistika Komitəsinin göstəriciləri tam bunu demir. Komitəyə inansaq, Bakıda məskunlaşanların sayı heç 2,4 milyon nəfərə çatmır. Halbuki təkcə hər gün paytaxt küçələrində şütüyən avtomobillərin sayı 1 milyon 50 min ədədi keçir. Hər halda Bakıda hər iki nəfərdən birinin avtomobilin yoxdur. Buna görə də ölkə əhalisinin təxminən yarısının paytaxtda yaşadığını əminliklə qeyd edə bilərik.

Dövlət Statistika Komitəsi başqa bir hesabatında bildirir ki, ölkədə hər kvadratmetrə düşən əhali sayı 177, paytaxtda isə 1092 nəfərdir. Altı dəfə fərq var. Bölgələrdə böyük işsizlik olduğundan, insanlar çıxış yolunu paytaxta köçməkdə görürlər. Gələnlərin əksəri şəhərin mədəni həyatında heç bir rol oynaya bilmir, əsasən xidmət sektoruna yönəlirlər. Bölgə sakinləri Bakıda daha çox kirayədə yaşayır, yetərincə keyfiyyətsiz ərzaq almaq üçün mübarizə aparırlar. Paralel olaraq şəhərdə daha əvvəl məskunlaşmışlar bu tale ilə barışmayaraq xaricə boylanırlar.

Dövlət Statistika Komitəsi bildirir ki, 2022-ci ildə Polşaya cəmi 5 azərbaycanlı köçüb. Buna necə inanmaq olar?! Polşanın rəsmi dövlət orqanları yüz dəfələrlə çox rəqəmlər ortaya qoyur. Bakıda bu ölkə səfirliyində viza almaq üçün uzun növbələr olur. Ərizəçilər aylarla növbəsinin çatmasını gözləyir. Dövlət Statistika Komitəsi deyir ki, Polşaya barmaqla sayılacaq qədər az azərbaycanlı gedir.

Azərbaycanda əksəriyyət həyatda qalmaq mübarizəsi verir. Bunu saxta rəqəmlərlə gizlətmək mümkün deyil. Hökumətin sosial-iqtisadi siyasəti kökündən yanlışdır. Əhalinin böyük hissəsinin paytaxtda toplaşması da, xaricə belə böyük axın da vəziyyətin necə acınacaqlı olduğunu göstərir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »