Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Hakan Fidana “Dövlətdə üstün xidmət medalı”nı təqdim edib
Ərdoğan Hakan Fidana “Dövlətdə üstün xidmət medalı”nı təqdim edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MİT-dəki 13 illik xidmətlərinə görə Milli Təhlükəsizlik Şurasının iclasında xarici işlər naziri Hakan Fidana “Dövlətdə üstün xidmət medalı” təqdim edib.

"Report" xəbər verir ki, Ərdoğan, həmçinin təqaüddə olan komandirlərə də hədiyyələr verib.

Sertifikatı alarkən Fidan deyib: “Mənimlə birlikdə xidmət edərkən Liviyada, Qarabağda, Suriyada, İraqda sizin əmrlərinizi yerinə yetirmək üçün şəhid olmuş dostlarımın adından bu medalı alıram”.

Xatırladaq ki, bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının Prezident Külliyesində toplantısı keçirilib.

Son xəbərlər
Bütün xəbərlər »