Suriya prezidenti Bəşər Əsəd Türkiyə hərbçilərinin Suriya ərazisində olduğu şəraitdə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqların aparılması imkanını istisna edib.
Bizimyol.info xəbər verir ki, o, bu barədə "Sky News Arabia" telekanalına müsahibəsində bildirib.
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş Ankaranın irəli sürdüyü şərtlərlə baş tutmayacaq",- deyə Əsəd qeyd edib.
"Mövcud vəziyyətdə Tütkiyə prezidenti Ərdoğanla danışıqlara girmək Suriyanın şimal bölgələrini Türkiyənin ərazisi kimi tanınması demək olacaq”,- deyə o əlavə edib.
Qadir, Bizimyol.info






