Kocaelidəki Derince Limanında Türkiyə Taxıl İdarəsinin (TMO) saxlama kameralarında partlayış baş verib. Partlayış şəhərin hər yerində hiss edilərkən, bölgəyə çoxlu xilasetmə qrupları göndərilib. Partlayış nəticəsində 5 nəfərin yaralandığı bildirilir.
Bizimyol.info xəbər verir ki, "CNN TÜRK"ə açıqlama verən Derince Bələdiyyə Başçısı Zeki Aygün: “Böyük səs-küyə görə zəlzələ olduğunu düşündük, sonra partlayış baş verdiyini öyrəndik. Hadisə tamamilə 25 metr radiusda baş verib. Hadisə ciddi, lakin lokal xarakter daşıyır. Buğda ekskovatorlarla boşaldılır, taxılın altında kimsənin olub-olmadığı yoxlanılır. Burada 40-a yaxın taxıl saxlama kamerası var, onlardan 2-si partlayıb”, - deyə qeyd edib.
Hadisə saat 14.35 radələrində Derincə Limanında Türkiyə Taxıl İdarəsinin saxlama kameralarında baş verib. Partlayış bütün şəhərdə hiss olunub. Vətəndaşların xəbərdarlığı üzərinə bölgəyə çoxlu sayda xilasetmə briqadaları cəlb edilib. Türkiyə Taxıl İdarəsinin (TMO) Derince rayonundakı limanda taxıl saxlama kameralarında baş verən partlayışın kimyəvi maddələrin qarşılıqlı təsiri nəticəsində baş verdiyi öyrənilib.
Partlayış zamanı yaralanan 5 nəfər hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılıb və onlara tibbi yardım göstərilib.
Kocaeli Xilasetmə İdarəsinin rəisi Ömər İslamoğlu: "5 yaralı olduğunu bilirik, onları təcili yardım maşınları ilə xəstəxanaya göndərdik. Hələ ki, partlayışın səbəbi ilə bağlı dəqiq məlumatımız yoxdur", deyə bildirib.
Buna qazın sıxılması səbəb ola bilərmi, ya yox? Bu barədə, səlahiyyətlilər hələ bir açıqlama verməyib. Bu, qarşıdakı yaxn saatlarda aydınlaşacaq. Bu bölgədən verilən məlumata görə, liman ərazisinin bəzi yerlərində tədbirlər görülür.
Qadir, Bizimyol.info






