Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli seçkilərlə bağlı açıqlamasında: "Müavinlərimiz, nazirlərimiz, hamımız çalışırıq. Əsas olan seçkilərdən ən uğurlu şəkildə çıxmaqdır" dedi.
Bizimyol.info xəbər verir ki, Ərdoğan cümə namazından sonra mətbuat mənsublarının suallarını cavablandırıb.
Prezident Ərdoğan Rusiya prezidenti Putinin səfəri ilə bağlı: “Xarici işlər nazirimiz, Milli Kəşfiyyat İdarəmiz bu məsələ ilə bağlı lazımi görüşlər keçirir. Hələ hər şey tam dədidləşməyib, iş aparılır. Ola bilsin ki, bu səfər avqustda baş tuta bilər. Biz Rusiya ilə birlikdə taxıl dəhlizi haqqında düşünürük. Biz razıyıq ki, taxıl Afrikanın yoxsul ölkələrinə göndərilməlidir”, - deyə dövlət başçısı bildirib.
Fransanın taxıl dəhlizi ilə bağlı təşəbbüsünü xatırladan prezident Ərdoğan: “Fransanın işi ilk deyil. Xüsusilə Afrika keçmişdə Əlcəzair, Mali və Ruandada nə etdiklərini çox yaxşı bilir. Onlar indi qızıl və uran daşınmasını dayandırıblar. Biz isə həmin ölkələrlə başladığımız yaxşı münasibətləri müsbət istiqamətdə davam etdiririk”, - deyə əlavə edib.
Gökçen Fıratın YAŞ-da kontr-admiral olması ilə bağlı prezident Ərdoğan deyib: “Qızımızın kontr-admiral olması xüsusi bir şey idi, məni çox sevindirdi. Mən onu təbrik edirəm. İnşallah, növbəti uğurlu xəbərləri daha çox olacaq”, - deyə o bildirib.
Qadir, Bizimyol.info






