Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa Məhkəməsinin təkcə builki qərarlarıyla Azərbaycan yarım milyon avrodan çox təzminat ödəməlidir
Avropa Məhkəməsinin təkcə builki qərarlarıyla Azərbaycan yarım milyon avrodan çox təzminat ödəməlidir

Yerli məhkəmələrdə ədalətli nəticə əldə edə bilməyən vətəndaşların bir çıxış yolu qalır. Yalnız Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) adekvat qərarına ümid etməli olursan. Araşdırma göstərir ki, xaricə göndərilən ərizələrin sayı çox artıb. Vətəndaşlar Avropa Məhkəməsindən daha çox kömək gözləməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, AİHM 2023-cü ilin ilk yarısında Azərbaycanla bağlı 180-dən çox ərizəyə baxıb. Bunun əsasında 60-dan çox qərar və qərardad qəbul edilib. Hələ il başa çatmayıb. Yarımilin göstəricilərini 2022-ci illə müqayisə etmək kifayətdir ki, böyük fərq diqqət çəksin. Açıq-aşkar Avropa Məhkəməsinə müraciət axını var. Azərbaycanlı ərizəçilər ən çox mülhiyyət hüququnun pozuntusundan şikayət edib. 21 nəfər Avropa Məhkəməsində bu istiqamətdə ədalət axtarıb. Sonrakı yerləri ədalətli məhkəmə araşdırması və toplaşmaq azadlığı tutur.

Dostca anlaşmaların statistikası da göstərir ki, 2023-cü ildə daha çox ərizə müzakirə predmeti olub. Yarım il ərzində 80 belə anlaşma olub. Halbuki 2022-ci ildə cəmi 69 dəfə tərəflər qarşılıqlı razılıqla ayrılmışdı.

2023-cü ilin ilk yarısında Avropa Məhkəməsinin Azərbaycanla bağlı bütün qərarları üzrə 551 min avro ödəniş müəyyən edilib. AİHM Azərbaycandan göndərilmiş heç də bütün ərizələrə müsbət yanaşmayıb. 14 ərizə qəbuledilməz sayılıb, bununla bağlı 8 qərardan çıxarılıb. Avropa Məhkəməsi yarım il ərzində Azərbaycandan göndərilmiş 32 ərizəni hökumətlə kommunikasiya etməyə başlayıb. Kommunikasiyasına başlanılan işlərdə ən çox ədalətli məhkəmə araşdırması, toxunulmazlıq və ifadə azadlığı hüquqlarının pozuntusu iddia olunub.

Mənzərə heç də ürəkaçan deyil. Yerli məhkəmələrin müstəqil davranmaması son nəticədə ədalətsizlik mühitinə xidmət edir. Vətəndaş ölkəsində hüquqlarının bərpa olunacağına ümidini itirir. Ədalətin xaricdə bərpası üçün bəzən illərlə gözləmək lazım gəlir. Hətta ədalətli əvəz də çox hallarda təsəlli rolunu oynaya bilmir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »