Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Problemin həlli demək olar ki, 3-4 saatın ərzində hərbi yol ilə mümkündür"
"Problemin həlli demək olar ki, 3-4 saatın ərzində hərbi yol ilə mümkündür"

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Şuşada “Euronews” televiziyasına verdiyi müsahibədə maraqlı məqamlara toxunub, ikili standartlardan söz açıb. “Nəyə görə Gürcüstanın separatçı regionlarına qarşı yanaşması Qərb cəmiyyəti və siyasətçiləri tərəfindən tamamilə anlaşılır, lakin bizim eyni mənşədən olan separatizmə son qoymaq üçün legitim istəyimiz sual atlına alınır? Nə üçün İspaniya Kataloniyaya referendum keçirməyə icazə vermir, baxmayaraq ki, onların sayı 5, yaxud 6 milyon nəfərdir və yaxınlıqda öz dövləti olan ermənilərdən fərqli olaraq, onların öz dövləti yoxdur. Nə üçün biz separatizmə dözməliyik? Biz bunu etməyəcəyik”- bu kimi fikirlər prezidentin toxunduğu çox əhəmiyyətli məsələlərdir.

Milli Məclisin deputatı Arzu Nağıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ümumiyyətlə, bu kimi proseslər dünyada baş verməkdədir. Bu, ikili standartlardan qaynaqlanır. Qeyd edildiyi kimi istər Katolonyayla bağlı, istərsə də, Gürcüstanın separatçı əraziləri ilə bağlı bu məsələlər daima istər Avropa Birliyi, istər digər hüquq təmsilçiləri kimi özlərini təqdim edən beynəlxalq təşkilatlar tərəfindən gündəmdə saxlanılır.

Arzu Nağıyev Arzu Nağıyev

“Avropa parlamentində təmsil olunan deputatların ikili yanaşması eyni zamanda erməni lobbisinin öz işini görməsi, bu və ya digər şəkildə məhz bu məsələnin qabardılmasında mühüm rol oynayır. Bu gün Azərbaycan 44 günlük müharibədən sonra tam şəkildə öz ərazi bütövlüyünü təmin edib. Ermənilərlə dövlət səviyyəsində aparılan danışıqlar 3 müstəvidə gedir. Bu gün Azərbaycan və Qarabağ icması arasında aparılan və nəzərdə tutulan danışıqlar da Azərbaycanın daxili işidir”-deyən deputat qeyd edib ki, beynəlxalq təşkilatlar öz riyakar, ikili standartlarından kənarda durmalıdırlar. Hərbi danışıqlarda tək özlərinə fayda verən formada deyil, qanun müstəvisində danışmalıdırlar.

Arzu Nağıyev bildirib ki, bu gün Azərbaycan humanitar addımlar ataraq, istənilən danışığa hazır olduğunu bəyan edir. Deputatın fikrincə, həmin problemin həlli demək olar ki, 3-4 saatın ərzində hərbi yol ilə də mümkündür. Lakin biz bunu etmirik. Buna baxmayaraq ermənilər və havadarları bu və ya digər şəkildə bizim bu humanist addımlarımızdan sui istifadə etməyə çalışırlar.

“Mütləq şəkildə biz danışıqlar aparacağıq. Beynəlxalq təşkilatlar unutmasın ki, bu gün beynəlxalq güc beynəlxalq hüquqdan da üstündür. Və öz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə təmin etmək üçün hər cür vasitəmiz də var. Demarkasiya və delimitasiya məsələləri, digər problemlər hamısı öz həllini tapacaq. Onlar istər Katoloniyada, istər digər yerlərdə öz azadlıq fikirlərini, ideyalarını ciddi şəkildə istəyirlərsə, bu onların öz daxili işləridir. Çünki biz hər bir dövlətin ərazi bütövlüyünü tam şəkildə dəstəkləyirik. Və dəstəkləməkdə də davam edəcəyik”-deyə Arzu Nağıyev vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »